15 OKT
MİllİKart yeni sertİfİkasİyadan keçmİşdİr

26 avqust 2021-ci il tarixində MilliKart bir il müddətinə ödəniş kartları sahəsində tətbiq olunan PCI 3DS 1.0 təhlükəsizlik standartlarının tələblərinə tam şəkildə cavab verərək sertifikasiyadan keçmişdir. Audit yoxlamaları, inteqrasiya olunmuş informasiya təhlükəsizliyi sistemlərinin inkişafı, yerləşdirilməsi və dəstəklənməsi sahəsində ixtisaslaşmış

Ətraflı

31 OKT
“MİLLİKART” PROSESSİNQ MƏRKƏZİ UNEC-DƏ TƏLİM KEÇİRMİŞDİR

Azərbaycan Respublikasının Maliyyə Bazarlarına Nəzarət Palatası, Azərbaycan Respublikasının Mərkəzi Bankı və Azərbaycan Banklar Assosiasiyasının birgə iştirakı ilə “Nağdsız Cəmiyyət Günləri” layihəsinə start verilmişdir. Layihə çərçıvəsində 29 oktyabr 2019-cu il tarixində Azərbaycan Banklar Assosiasiyasının və “MilliKart” Prosessinq Mərkəzinin birgə iştrakı ilə Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) növbəti təlim keçirilmişdir.

Ətraflı

02 OKT
“MilliKart” Prosessinq Mərkəzi 13 yaşını qeyd edir

Ölkədə sağlam rəqabət mühitinin yaradılması və nağdsız hesablaşmaların inkişaf etdirilməsi məqsədilə Azərbaycan Respublikasının Mərkəzi Bankında “MilliKart” Prosessinq Mərkəzi yaradılaraq istismara verilmiş və 02 oktyabr 2006-cı il tarixindən etibarən “MilliKart” Prosessinq Mərkəzi fəaliyyətini Məhdud Məsuliyyətli Cəmiyyət kimi davam etdirmişdir. Yarandığı andan bu günə kimi fəaliyyətinin bir neçə fundamental istiqamətlərində özünü ciddi və etibarlı bazar iştirakçısı kimi sübut edərək, “MilliKart” 13 il ərzində bir çox uğurlu layihələrə imza atmışdır.

Ətraflı

21 YAN
“MİLLİKART” MMC-İN İŞTİRAKÇILARININ (TƏSİSÇİLƏRİNİN) ÜMUMİ YIĞINCAĞININ NÖVBƏTİ İCLASI KEÇİRİLMİŞDİR

17 yanvar 2019-ci il tarixində "Azərbaycan Sənaye Bankı" ASC-nin İdarə Heyətinin sədri Doğan Tandoğanın sədrliyi ilə "MilliKart" MMC-nin Ümumi Yığıncağının növbəti iclası keçirilmişdir.

İclasda, Cəmiyyətin Nizamnaməsi üçüncü redaksiyada təsdiq edilməsi, Cəmiyyətin Direktorlar Şurasının Əsasnaməsinin təsdiq olunması, Direktorlar Şurasının tərkibinə yeni üzvlərin seçilməsi və digər məsələlər üzrə müvafiq qərarlar qəbul edilmişdir.

Ətraflı

07 DEK
“MİLLİKART” MMC-İN İŞTİRAKÇILARININ (TƏSİSÇİLƏRİNİN) ÜMUMİ YIĞINCAĞININ NÖVBƏTİ İCLASI KEÇİRİLMİŞDİR

07 dekabr 2018-ci il tarixində "Azərbaycan Sənaye Bankı" ASC-nin İdarə Heyətinin sədri Doğan Tandoğanın sədrliyi ilə "MilliKart" MMC-nin Ümumi Yığıncağının növbəti iclası keçirilmişdir.

İclasda, 2017-ci ilin maliyyə hesabatları təsdiq edilmiş, 2018-ci ilin maliyyə hesabatlarının düzgünlüyünü yoxlamaq məqsədilə kənar auditor seçilmiş, Təftiş Komissiyasının üzvləri seçilmiş

Ətraflı

23 NOY
“MILLIKART” VƏ “STEP IT ACADEMY” ARASINDA ƏMƏKDAŞLIQ BARƏDƏ MEMORANDUM IMZALANIB

İnformasiya Texnologiyaları və Bankçılıq sektorunda uğurla fəaliyyət göstərən MilliKart ilə STEP IT Academy arasında əməkdaşlıq haqqında memorandum imzalanıb.

MilliKart və STEP IT Academy arasında imzalanan memorandum informasiya texnologiyaları sahəsində təhsilin inkişafı, sözügedən müxtəlif proqramların icrası, elm, təhsilə bağlı müxtəlif layihələrə dəstəyin verilməsi və bu sahənin geniş ictimaiyyət arasında birgə tanıtımı üçün əhəmiyyətli şərait yaradır.

Ətraflı

21 NOY
MİLLİKART (PCI DSS 3.2) PAYMENT CARD INDUSTRY DATA SECURİTY STANDARDS ÜZRƏ SERTİFİKASİYADAN KEÇMİŞDİR

19 noyabr 2018-ci il tarixində MilliKart növbəti bir il üçün ödəniş kartları sahəsində tətbiq olunan PCI DSS 3.2 təhlükəsizlik standartlarının tələblərinə tam şəkildə cavab verərək sertifikasiyadan keçmişdir.

Audit yoxlamaları ödəniş kartları sahəsində təhlükəsizliyin təmin olunması üzrə ixtisaslaşmış və PCI QSA statuslu olan “JET INFOSYSTEMS” QSC şirkəti tərəfindən aparılmışdır.

Ətraflı

02 OKT
“MİLLİKART” - 12 İL AZƏRBAYCANIN MALİYYƏ BAZARINDA

02 oktyabr 2018-ci tarixində “MilliKart” MMC-nin 12 yaşı tamam oldu.

Azərbaycan Respublikası Prezidentinin 09 dekabr 2004-cü il tarixli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında Milli Ödəniş Sisteminin İnkişafı üzrə 2005-2007-ci illər üçün Dövlət Proqramı”nın icrası çərçivəsində Dünya Bankının maliyyə dəstəyi ilə Azərbaycan Respublikasının Mərkəzi Bankında “MilliKart” prosessinq mərkəzi yaradıldı.

Ətraflı

21 SEN
NAĞDSIZ ÖDƏNİŞLƏRİN İNKİŞAFINA TƏKAN VERƏCƏK NÖVBƏTİ UĞURLU LAYİHƏYƏ START VERİLDİ

Bu gündən etibarən Naxçıvan Muxtar Respublikasında sürücülər və piyadalar cərimələri POS-terminallar vasitəsilə ödəyə bilərlər. "Naxçıvanbank" ASC, "MilliKart" MMC və Naxçıvan MR DIN Dövlət Yol Polisi İdarəsi-nin birgə həyata keçirdiyi layihə çərçivəsində, Dövlət Yol Polisi (DYP) üzrə cərimələrin ödənişi DYP-yə məxsus avtomobillərdə quraşdırılmış Naxçıvanbankın POS-terminallarında mümkün olmuşdur.

Ətraflı

20 İYUN
"MİLLİKART" MMC-nin İŞTİRAKÇILARININ (PAYÇILARININ) ÜMUMİ YIĞINCAĞININ NÖVBƏDƏNKƏNAR İCLASI KEÇİRİLMİŞDİR

12 iyun 2018-ci il tarixində “Rabitəbank” ASC-nin Müşahidə Şurasının sədri Zakir Nuriyevin sədrliyi ilə "MilliKart" MMC-nin İştirakçılarının Ümumi Yığıncağının növbədənkənar iclası keçirilmişdir. İclasın gündəliyinə MilliKartın 2019-2021-ci illər üzrə inkişaf strategiyasının müəyyən edilməsi, 2017-ci il üzrə Təftiş Komissiyası tərəfindən hazırlanmış audit hesabatının müzakirəsi və təsdiq edilməsi

Ətraflı

11 YAN
"MİllİKart" MMC-nİn Ümumİ Yığıncağının növbətİ İclası keçİrİlmİşdİr

15 dekabr 2017-ci il tarixində "MilliKart" MMC-nin Ümumi Yığıncağının növbəti iclası keçirilmişdir. İclasın gündəliyində duran əsas məsələlər Cəmiyyətin 2016-cı ilin maliyyə hesabatlarının, mühasibat balanslarının, mənfəət və zərər hesabatlarının təsdiq edilməsi, Direktorlar Şurasının üzvlərinin seçilməsi, Direktorlar Şurasının sədrinin təyin edilməsi, Cəmiyyətin 2017-ci ilin maliyyə hesabatlarının düzgünlüyünü yoxlamaq məqsədilə kənar auditorun təyin edilməsi və sair məsələlərdən ibarət olmuşdur.

Ətraflı

10 YAN
MİLLİKART (PCI DSS 3.2) PAYMENT CARD INDUSTRY DATA SECURİTY STANDARDS ÜZRƏ SERTİFİKASİYADAN KEÇMİŞDİR

31 oktyabr 2017-ci il tarixində MilliKart növbəti dəfə 1 (bir) il müddətinə ödəniş kartları sahəsində tətbiq olunan PCI DSS 3.2 təhlükəsizlik standartlarının tələblərinə tam şəkildə cavab verərək sertifikasiyadan keçmişdir.

Ətraflı

29 NOY
"MİllİKart" MMC-nİn İştİrakçılarının Ümumİ Yığıncağının İclası keçİrİləcəkdİr

15 dekabr 2017-ci il tarixində “MilliKart” MMC-nin İştirakçılarının ümumi yığıncağının iclası keçiriləcəkdir. İclasın gündəliyinə daxil edilmiş məsələlər üzrə materiallar rəsmi olaraq İştirakçılara göndərilmişdir.

Ətraflı

20 Okt
“PCI PIN SECURITY” STANDARTLARINA UYĞUNLUQ

MilliKart növbəti dəfə "PCI PIN Security" tələblərinə uyğunluq yoxlamasından uğurla keçmişdir. “VISA Inc.” tərəfindən akreditə olunmuş beynəlxalq audit şirkəti “on-site” yoxlama keçirmiş və yoxlamanın nəticəsi olaraq MilliKartın qeyd edilən təhlükəsizlik tələblərinə tam uyğunluğu “VISA İnc.”

Ətraflı

23 Yan
BİRDƏFƏLİK ŞİFRƏ (OTP) VƏ MOBİL NÖMRƏ DAŞINMASI

Mobil Nömrə Daşınması və bununla əlaqədar sms-banking istifadəçiləri sms-xəbərdarlıqlarının fasiləsiz almaları üçün nə edəcəkləri haqqında əvvəlki relizlərimizdə ətraflı bəhs etmişdik. Hal-hazırda xidmətimizi təkmilləşdirmişik və artıq kart sahiblərinin mobil operatoru dəyişdiyi zaman kart əməliyyatlarını təsdiq etmələri üçün birdəfəlik şifrə mobil telefon nömrəsinə problemsiz çatdırılacaqdır.

Ətraflı

23 Yan
MİLLİKART (PCI DSS V3.0) PAYMENT CARD INDUSTRY DATA SECURİTY STANDARDS ÜZRƏ SERTİFİKASİYADAN KEÇMİŞDİR

17 mart 2015-ci il tarixində MilliKart növbəti bir il üçün ödəniş kartları sahəsində tətbiq olunan PCI DSS V3.0 təhlükəsizlik standartlarının tələblərinə tam şəkildə cavab verərək sertifikasiyadan keçmişdir. Audit yoxlamaları ödəniş kartları sahəsində təhlükəsizliyin təmin olunması üzrə ixtisaslaşmış və PCI QSA statuslu olan “DİALOQNAUKA” QSC şirkəti tərəfindən aparılmışdır.

Ətraflı

23 Yan
“MİLLİKART” ŞİRKƏTİNİN YENİ İCRAÇI DİREKTORU ELNUR MƏMMƏDOV TƏYİN OLUNDU

“MilliKart” şirkətinin səhmdarlarının iclasında əvvələr şirkətin Strateji İnkişaf və Marketinq departamentinin direktoru vəzifəsində çalışan Elnur Məmmədov yeni İcraçı Direktor vəzifəsinə təyin edilmişdir. Elnur Məmmədovun İcraçı Direktor vəzifəsinə təyinatının əmri 08 aprel tarixində imzalanıb. Elnur Məmmədov “MilliKart”-da şirkətin yaranmasından etibarən çalışır və ödəniş sistemlərində peşəkar və savadlı mütəxəssis kimi tanınır.

Ətraflı

19 Yan
BANK OLMAYAN KREDİT TƏŞKİLATLARINA (BOKT) SƏRFƏLİ TƏKLİF

Nağdsız hesablaşmalar haqqında Azərbaycan Respublikasının Qanununa əsasən kreditlərin verilməsi nağdsız qaydada həyata keçirilməlidir. Bu məqsədlə, BOKT-lar MilliKart tərəfindən təklif olunan xidmətdən istifadə etməyə maraq göstərirlər. Xidmət BOKT-ların müştərilərinə kreditlərin plastik kartlarla verilməsini nəzərdə tutur.

Ətraflı

19 Yan
“MİLLİKART GROUP” BANK OLMAYAN KREDİT TƏŞKİLATI OLAN “FINCA AZERBAİJAN” ÜÇÜN YENİ KREDİTVERMƏ KANALINI TƏQDİM ETDİ

“MilliKart LLC” “FINCA Azerbaijan” ilə yeni “FINCARD” ödəniş kartı layihəsinə başlamışdır və həmin layihəni uğurla başa çatdırmışdır. Layihə MilliKart, AzərPoçt və “FINCA Azerbaijan”ın üçtərəfli əməkdaşlığı nəticəsində “FINCA Azerbaijan” müştərilərinə ilk dəfə olaraq plastik kartlar təklif edir. Belə ki, “FINCA Azerbaijan”

Ətraflı

23 Yan
“MİLLİKART” MMC-NİN ÜMUMİ YIĞINCAĞININ NÖVBƏTİ İCLASI KEÇİRİLƏCƏKDİR

16 dekabr 2016-cı il tarixində “MilliKart” MMC-nin ümumi yığıncağının növbəti iclası keçiriləcək. Ümumi yığıncağın gündəliyinə daxil edilmiş məsələlər üzrə materiallar rəsmi olaraq İştirakçılara göndərilmişdir. İclas “MilliKart” MMC-nin yerləşdiyi ünvanda keçiriləcəkdir .

Ətraflı

02 DEK
“MİLLİKART GROUP” BANK OLMAYAN KREDİT TƏŞKİLATI OLAN “TBC KREDİT” ÜÇÜN YENİ KERDİTVERMƏ KANALINI TƏQDİM ETDİ

“MilliKart LLC” “TBC Kredit” ilə yeni ödəniş kartı layihəsinə başlamışdır və həmin layihəni uğurla başa çatdırmışdır. Layihə MilliKart, AzərPoçt və “TBC Kredit”in üçtərəfli əməkdaşlığı nəticəsində “TBC Kredit” müştərilərinə ilk dəfə olaraq plastik kartlar təklif edir. Belə ki, “TBC Kredit” təşkilatının müştəriləri müxtəlif nominallarda ödəniş kartları əldə edir. Ödəniş kartları MilliKartda xidmət olunan bütün bankların bankomat və POS-terminal şəbəkəsində qəbul olunur

Ətraflı

14 OKT
“MİLLİKART GROUP” ÖLKƏMİZDƏKİ BANK OLMAYAN KREDİT TƏŞKİLATLARI SEKTORUNDA İLK KART LAYİHƏSİNİ UĞURLA BAŞA ÇATDIRMIŞDIR

“MilliKart LLC” Azərbaycandakı BOKT sektorunda ilk və yeni layihəni tətbiq etmiş və uğurla başa çatdırmışdır. Layihə “MilliKart”, “AzərPoçt” və “İdeal Kredit”in üçtərəfli əməkdaşlığı nəticəsində “İdeal Kredit”in müştərilərinə ödəniş kartlarının əldə edilməsini təmin edir. Belə ki, “İdeal Kredit” təşkilatının müştəriləri müvafiq nominallarda ödəniş kartları əldə edir. “İdeal Kredit” tərəfindən müştərilərə verilən ödəniş kartları MilliKartda xidmət olunan bütün bankların bankomat və POS-terminal şəbəkəsində qəbul olunacaq

Ətraflı

19 İYN
BÜTÜN KARTLARINIZ BİR CİB-DƏ

Mobil cihazların qlobal yayılması son iki onillik ərzində ən əlamətdar texnologiya hekayələrindən biri olmuşdur. Müxtəlif telefonlar, smartfonlar, Sim kartlar və sərfəli xidmətlər mobil cihazların kütləvi istifadəsinə əhəmiyyətli təsirini göstərmişdir və mobil cihazlar artıq müasir həyatın ayrılmaz hissəsinə çevrilmişdir. Oxucularımıza bir sual vermək istəyirik – Mobil telefon istifadəçiləri telefonları olmadan harasa gedirlər? Təbii ki, hər kəs cavabı bilir – XEYR – mobil telefonumuz hər vaxt yanımızdadır. İnsanlar bəzən cüzdanlarını və ya pencəklərini unuda bilərlər

Ətraflı

19 MAR
HESAB.AZ PORTALINDA KART MƏLUMATLARININ SAXLANILMASI

MilliKart-ın peşəkar mütəxəssisləri sayəsində bu gündən etibarən Hesab.AZ portalından çoxsaylı ödəmələrinizi etmək üçün kart məlumatlarınızı yadda saxlaya biləcəksiniz. Hamımız bilirik ki, ödəmə edərkən kart məlumatlarını yazmaq çox vaxt aparır və bəzən kartımız yanımızda olmayanda ödəmələr təxirə salınır. Bu da öz növbəsində istifadəçilərə əhəmiyyətli dərəcədə narahatçılıq yaradır.

Ətraflı

19 NOY
AZƏRBAYCANDA İLK DƏFƏ MİLLİKART GROUP UNİONPAY İNTERNATİONAL ÖDƏMƏ KARTLARININ QƏBULUNA BAŞLADI

MilliKart LLC və aparıcı ödəniş sistemlərindən olan UnionPay İnternational tərəfdaşlıq razilaşmasını imzalayıb və həmin sisteminin ödəniş kartlarını qəbul etmək üçün Azərbaycanda ilk layihəyə başlayıb. Layihə MilliKartda xidmət olunan bankların POS terminal və bankomatları vasitəsilə UnionPay İnternational sisteminin plastik kartlarının qəbulunu (ekvayrinq) nəzərdə tutur. Beləliklə, UnionPay İnternational kart sahibləri bankomatlardan həm nağd vəsaitin çıxarılması, həm də müxtəlif mal və xidmətləri ödəməyə müvəffəq olacaqlar.

Ətraflı