• MİLLİKART
    MilliKart Group regiondakı güclü proqram-aparat təchizatına malik
    olan sürətlə inkişaf edən şirkətlərdən biridir.
    Əsas ana brend olan MilliKart Group üç vacib istiqamətdə cəmləşib
    – M+assist, M+money və M+thinking.

Profİlİmiz

“Sürətlə inkişaf edən mühitdə hər zaman öndəyik. Həvəs və enerji ilə dolu olan dinamik, zirək və ağıllı şirkət olaraq buna layiqik. Gələcək bazar ehtiyaclarını yaradıb irəli sürmək üçün hər imkanımız var – davranış, ünsiyyət tərzimiz və özümüzü başqalarına təqdim etmə üsulumuz. Biz, insanların müzakirə etdikləri və bir hissəsi olmaq istədikləri bir biznesik”.

Ətraflı
Təcrübəlİ

MilliKart 10 ilə yaxındır ki, İnformasiya Texnologiyaları və Bankçılıq sektorlarında uğurla fəaliyyət göstərir, əsas bank həllərini yaradır və beləliklə, ölkədəki nağdsız ödənişlərin inkişafına öz töhfəsini verir.

İNNOVATİV

Yeni biznes ideyaları, tendensiya və innovasiyalar – MilliKart öz diqqətini bu sahələrdə cəmləşdirir. Biz zamanla ayaqlaşmağa çalışırıq və müştərilərimizə təhlükəsizlik, müasirlik və əminlik hissi bəxş edən xidmətlər təklif edirik.

Dİnamİk

Biz çox intensiv, sürətli və dinamik xidmət sektorunda çalışırıq. Komandamız bütün başladığımız işlərdə birinci olmaq üçün böyük səylər göstərir.

Gələcək planlar

Ölkədə mütərəqqi nağdsız ödəniş sisteminin qurulması bizim əsas məqsədimizdir. Biz hər zaman irəliyə baxırıq və kart sahiblərimizin vaxtına necə qənaət edə və onları razı sala biləcəyimiz haqqında düşünürük. Bizim uğurumuz xoşbəxt müştərilərimizdir!

Yenİ Layİhələr

ATM
POS
KARTLAR

Yenİlİklər


MİLLİKART (PCI DSS 3.2) PAYMENT CARD INDUSTRY DATA SECURİTY STANDARDS ÜZRƏ SERTİFİKASİYADAN KEÇMİŞDİR

6 mart 2016-cı il tarixində MilliKart növbəti bir il üçün ödəniş kartları sahəsində tətbiq olunan PCI DSS 3.2 təhlükəsizlik standartlarının tələblərinə tam şəkildə cavab verərək sertifikasiyadan keçmişdir.

Ətraflı

MİLLİKART (PCI DSS V3.0) PAYMENT CARD INDUSTRY DATA SECURİTY STANDARDS ÜZRƏ SERTİFİKASİYADAN KEÇMİŞDİR

17 mart 2015-ci il tarixində MilliKart növbəti bir il üçün ödəniş kartları sahəsində tətbiq olunan PCI DSS V3.0 təhlükəsizlik standartlarının tələblərinə tam şəkildə cavab verərək sertifikasiyadan keçmişdir. Audit yoxlamaları ödəniş kartları sahəsində təhlükəsizliyin təmin olunması üzrə ixtisaslaşmış və PCI QSA statuslu olan “DİALOQNAUKA” QSC şirkəti tərəfindən aparılmışdır.

Ətraflı

“MİLLİKART” ŞİRKƏTİNİN YENİ İCRAÇI DİREKTORU ELNUR MƏMMƏDOV TƏYİN OLUNDU

“MilliKart” şirkətinin səhmdarlarının iclasında əvvələr şirkətin Strateji İnkişaf və Marketinq departamentinin direktoru vəzifəsində çalışan Elnur Məmmədov yeni İcraçı Direktor vəzifəsinə təyin edilmişdir. Elnur Məmmədovun İcraçı Direktor vəzifəsinə təyinatının əmri 08 aprel tarixində imzalanıb. Elnur Məmmədov “MilliKart”-da şirkətin yaranmasından etibarən çalışır və ödəniş sistemlərində peşəkar və savadlı mütəxəssis kimi tanınır.

Ətraflı

BANK OLMAYAN KREDİT TƏŞKİLATLARINA (BOKT) SƏRFƏLİ TƏKLİF

Nağdsız hesablaşmalar haqqında Azərbaycan Respublikasının Qanununa əsasən kreditlərin verilməsi nağdsız qaydada həyata keçirilməlidir. Bu məqsədlə, BOKT-lar MilliKart tərəfindən təklif olunan xidmətdən istifadə etməyə maraq göstərirlər. Xidmət BOKT-ların müştərilərinə kreditlərin plastik kartlarla verilməsini nəzərdə tutur.

Ətraflı

“MİLLİKART GROUP” BANK OLMAYAN KREDİT TƏŞKİLATI OLAN “FİNCA AZERBAİJAN” ÜÇÜN YENİ KREDİTVERMƏ KANALINI TƏQDİM ETDİ

“MilliKart Group” “FİNCA Azerbaijan” ilə yeni “FINCARD” ödəniş kartı layihəsinə başlamışdır və həmin layihəni uğurla başa çatdırmışdır. Layihə MilliKart, AzərPoçt və “FINCA Azerbaijan”ın üçtərəfli əməkdaşlığı nəticəsində “FINCA Azerbaijan” müştərilərinə ilk dəfə olaraq plastik kartlar təklif edir. Belə ki, “FINCA Azerbaijan”

Ətraflı

“MİLLİKART” MMC-NİN ÜMUMİ YIĞINCAĞININ NÖVBƏTİ İCLASI KEÇİRİLƏCƏKDİR

16 dekabr 2016-cı il tarixində “MilliKart” MMC-nin ümumi yığıncağının növbəti iclası keçiriləcək. Ümumi yığıncağın gündəliyinə daxil edilmiş məsələlər üzrə materiallar rəsmi olaraq İştirakçılara göndərilmişdir. İclas “MilliKart” MMC-nin yerləşdiyi ünvanda keçiriləcəkdir .

Ətraflı