Kartların personalİzasİyası
Plastik kartların personalizasiyası – karta aid olan məlumatların həmin karta yazılmasının texnoloji prosesidir. Personalizasiya – plastik kartların istehsalında vacib mərhələdir və kartın qanunsuz istifadəsinə qarşı müdafiə mexanizmlərindən biridir.
MilliKart şəxsi personalizasiya bürosuna malikdir və EMV standartları daxil olmaqla bütün növ kartların müxtəlif metodlarla personalizasiyasını həyata keçirir. Bütün proses Visa və MasterCard beynəlxalq ödəniş sistemlərinin standartlarına uyğun aparılır.
Məxfi məlumatların müxtəlif ötürmə və emalı növlərinin realizasiyasında praktiki təcrübə məlumat mübadiləsinin təşkili üzrə müştərinin istənilən tələbatlarını həyata keçirmək və alınan məlumatları kartların personalizasiyasında istifadə etməyə imkan verir.