17 yanvar 2019-ci il tarixində "Azərbaycan Sənaye Bankı" ASC-nin İdarə Heyətinin sədri Doğan Tandoğanın sədrliyi ilə "MilliKart" MMC-nin Ümumi Yığıncağının növbəti iclası keçirilmişdir.
İclasda, Cəmiyyətin Nizamnaməsi üçüncü redaksiyada təsdiq edilməsi, Cəmiyyətin Direktorlar Şurasının Əsasnaməsinin təsdiq olunması, Direktorlar Şurasının tərkibinə yeni üzvlərin seçilməsi və digər məsələlər üzrə müvafiq qərarlar qəbul edilmişdir.
"MilliKart" MMC 2006-cı ildən etibarən maliyyə institutlarına kart prosessinq xidmətlərini göstərir. Hazırda, MilliKart-da bank, Azərpoçt, bank olmayan kredit təşkilatları (BOKT), investisiya, sığorta və digər təşkilatlar xidmət olunur.
Xatırlatmaq istərdik ki, “MilliKart” 18 şirkət tərəfindən təsis edilmişdir və hazırda onun nizamnamə kapitalında iştirak edən banklar: “ASB Bank” ASC, “Bank Respublika” ASC, “Para BOKT” ASC, “UniBank KB” ASC, “AtaBank” ASC, “Amrahbank” ASC, “Azər-Türk Bank” ASC, “Rabitəbank” ASC, “Turanbank” ASC, “Bank of Baku” ASC, AccessBank” QSC, “XalqBank” ASC, “Dəmirbank” ASC, “Texnikabank” ASC, “Bank Standard KB” QSC, “KredoBank” ASC, “Zaminbank” ASC və “Urbis Holding İnc.” şirkətidir.