26 avqust 2021-ci il tarixində MilliKart bir il müddətinə ödəniş kartları sahəsində tətbiq olunan PCI 3DS 1.0 təhlükəsizlik standartlarının tələblərinə tam şəkildə cavab verərək sertifikasiyadan keçmişdir.
Audit yoxlamaları, inteqrasiya olunmuş informasiya təhlükəsizliyi sistemlərinin inkişafı, yerləşdirilməsi və dəstəklənməsi sahəsində ixtisaslaşmış "DialogueScience" şirkəti tərəfindən aparılmışdır. Şirkət, virus, spam, şəbəkə hücumları, məxfi məlumat sızmaları və digər kiber hücumlara qarşı proqram təminatlarının tətbiqində bazar liderlərindən biridir.
PCI 3DS, istifadəçilərə CNP (Card-Not-Present) əməliyyatları zamanı servis provayderləri və ya ödəniş şlüzləri ilə özlərini təsdiqləmələrini təmin edən əlavə bir təhlükəsizlik qatı yaradır. CNP ödəniş saxtakarlıqlarını azaltmağa kömək edir və ödəniş xidməti təminatçılarının təhlükəsizliyini təmin edir.