Mobil cihazların qlobal yayılması son iki onillik ərzində ən əlamətdar texnologiya hekayələrindən biri olmuşdur. Müxtəlif telefonlar, smartfonlar, Sim kartlar və sərfəli xidmətlər mobil cihazların kütləvi istifadəsinə əhəmiyyətli təsirini göstərmişdir və mobil cihazlar artıq müasir həyatın ayrılmaz hissəsinə çevrilmişdir. Oxucularımıza bir sual vermək istəyirik – Mobil telefon istifadəçiləri telefonları olmadan harasa gedirlər? Təbii ki, hər kəs cavabı bilir – XEYR – mobil telefonumuz hər vaxt yanımızdadır. İnsanlar bəzən cüzdanlarını və ya pencəklərini unuda bilərlər, amma bəhsə girə bilərik ki, əgər onların mobil telefonları varsa, həmin cihaz hər zaman və hər yerdə onlar ilə birlikdədir. Artıq mobil telefonlar sadəcə zənglərin, səs və mətn mesajlarının qəbulu üçün deyil, bundan daha geniş, çoxfunksionallı əməliyyatların aparılması üçün nəzərdə tutulub.
“MilliKart” müasir tendensiyaları nəzərə alaraq bazarda olan ən innovativ mobil bankçılıq həllini təqdim edir. Mobil bankçılıq vasitəsilə istifadəçilər asanlıqla kart vəsaitlərini idarə edəcək və maliyyə durumları haqqında məlumatlı qalacaqlar, banklar isə müştərilərinə təqdim edilən məhsul portfoliosunu genişləndirə biləcəklər.
“MilliKart”ın mobil bankçılıq həlli hərtərəfli maliyyə xidmətlərini təqdim edir. Dolğun mobil bankçılıq xüsusiyyətləri ilə yanaşı, həll müxtəlif ödəniş və köçürmə imkanlarını da verir. Mobil əlavə əsas mobil platformalarını dəstəkləyir və bazarda olan qurğuların 95% əhatə edir. Mobil bankçılıq həlli onlayn bank sistemlərinin tam funksionallığını əhatə edən yeganə xidmətdir.
Ətraflı məlumat www.cib.az. Android əməliyyat sistemi üçün əlavə dərhal https://play.google.com/store/apps/details?id=az.cib linkindən yüklənə bilər. iOS əməliyyat sistemi üçün əlavə 10 iş günü tələb olunacaqdır.