Mobil Nömrə Daşınması və bununla əlaqədar sms-banking istifadəçiləri sms-xəbərdarlıqlarının fasiləsiz almaları üçün nə edəcəkləri haqqında əvvəlki relizlərimizdə ətraflı bəhs etmişdik. Hal-hazırda xidmətimizi təkmilləşdirmişik və artıq kart sahiblərinin mobil operatoru dəyişdiyi zaman kart əməliyyatlarını təsdiq etmələri üçün birdəfəlik şifrə mobil telefon nömrəsinə problemsiz çatdırılacaqdır. Bunun üçün müştəri bir sadə əməliyyat etməlidir – CHANGE OTP [operator] mesajını 8893 qısa nömrəsinə göndərməlidir. Qeyd etmək istəyirik ki, [operator] parametri Azercell, Bakcell, Nar və Narmobile dəyərini bildirir. Banklar isə Web interfeys vasitəsilə (http://smsbank:7080/mnp/) “Edit” menyusunda SMS Channel dəyişdirməklə müştərilərinin birdəfəlik şifrənin almasını təmin edə bilərlər.
XƏBƏRLƏR
23 Yan