17 mart 2015-ci il tarixində MilliKart növbəti bir il üçün ödəniş kartları sahəsində tətbiq olunan PCI DSS V3.0 təhlükəsizlik standartlarının tələblərinə tam şəkildə cavab verərək sertifikasiyadan keçmişdir.
Audit yoxlamaları ödəniş kartları sahəsində təhlükəsizliyin təmin olunması üzrə ixtisaslaşmış və PCI QSA statuslu olan “DİALOQNAUKA” QSC şirkəti tərəfindən aparılmışdır. “DİALOQNAUKA” şirkəti PCI DSS üzrə sertifikasiyanı VISA, MasterCard, American Express, Discover və JCB ödəniş sistemlərinin tələblərinə uyğun şəkildə həyata keçirir.
PCI DSS V3.0 standartları kart məlumatlarının təhlükəsizliyinin daha yüksək səviyyədə təmin etmək məqsədi ilə tətbiq olunmuşdur.