“MilliKart LLC” “TBC Kredit” ilə yeni ödəniş kartı layihəsinə başlamışdır və həmin layihəni uğurla başa çatdırmışdır. Layihə MilliKart, AzərPoçt və “TBC Kredit”in üçtərəfli əməkdaşlığı nəticəsində “TBC Kredit” müştərilərinə ilk dəfə olaraq plastik kartlar təklif edir. Belə ki, “TBC Kredit” təşkilatının müştəriləri müxtəlif nominallarda ödəniş kartları əldə edir. Ödəniş kartları MilliKartda xidmət olunan bütün bankların bankomat və POS-terminal şəbəkəsində qəbul olunur:
- Unibank, Dəmirbank, Expressbank, Accessbank, Azərbaycan Sənaye Bankı (ASB), Bank of Baku, Naxçıvanbank, AzərPoçt, PaşaBank.
“TBC Kredit”in müştəriləri yuxarıda qeyd olunan bankların bankomat və POS-terminallarında nağd vəsaitin əldə edilməsi, həmçinin bankların POS-terminallarında nağdsız (iş, mal və xidmətlərin ödənilməsi) əməliyyatların aparılması imkanı əldə edir. Ödəniş kartlarının emissiyası MilliKartda xidmət olunan AzərPoçt MMC tərəfindən həyata keçirilir.
Qeyd etmək istəyirik ki, “TBC Kredit” 1999-cu ildən etibarən Azərbaycan bazarında uğurla fəaliyyət göstərən bank olmayan kredit təşkilatıdır. Təşkilat müxtəlif növ kreditlərin verilməsi sahəsində böyük təcrübəyə malikdir.
Azərbaycanın Milli Operatoru “Azərpoçt” MMC hazırda ölkənin bütün ərazisində ən geniş xidmət şəbəkəsinə malik olmaqla, əhalinin bütün təbəqələrinə və eləcə də hüquqi şəxlərə münasib qiymətlərlə ənənəvi qeyri-ənənəvi poçt xidmətlərinin və poçt-maliyyə xidmətlərinin göstərilməsini həyata keçirir.s