MilliKart-ın peşəkar mütəxəssisləri sayəsində bu gündən etibarən Hesab.AZ portalından çoxsaylı ödəmələrinizi etmək üçün kart məlumatlarınızı yadda saxlaya biləcəksiniz. Hamımız bilirik ki, ödəmə edərkən kart məlumatlarını yazmaq çox vaxt aparır və bəzən kartımız yanımızda olmayanda ödəmələr təxirə salınır. Bu da öz növbəsində istifadəçilərə əhəmiyyətli dərəcədə narahatçılıq yaradır.
Beləliklə, istədiyiniz ödəniş kartlarınızı yadda saxlayaraq daha sonrakı ödəmələrdə heç bir kart məlumatlarını daxil etmədən rahatlıqla ödəmələrinizi həyata keçirə bilərsiniz.
Kart məlumatlarının saxlanılması PCİ DSS təhlükəsizlik standartlarına tam cavab verir və çoxsaylı məntiqi təhlükəsizlik məsələləri nəzərə alınmışdır.