“Millikart” hər zaman olduğu kimi müasir texnologiyaların üstünlüklərindən istifadə edərək daim yenilikçi və dinamikdir. Ölkəmizdəki nağdsız əməliyyatların sürətli inkişafını dəstəkləyərək, xidmət olunan banklara daha rahat və keyfiyyətli xidmətlərin göstərilməsini təmin etmək üçün yeni texnolojı həllər cəlb edir. Belə xidmətlərdən biri “Instant Issuance” xidmətidir. Belə ki, müştəri kart əldə etmək üçün bankın hər hansı filialına/nöqtəsinə müraciət edir və həmin kartı dərhal əldə etmə imkanına malik olur. Təklif etdiyimiz xidmət ölkəmizdə tamamən yenidir və fəaliyyət göstərdiyimiz spesifik sektorda indiyə qədər tətbiq olunmayıb.
XƏBƏRLƏR
“MilliKart” MMC-nin tətbiq etdiyi «Bonus & Taksit» məhsulunun yeni funksional imkanlarından istifadə edərək “ASB” ASC ölkəmizin pərakəndə sektoruna yeni “Extra Card” məhsulunu təqdim etmişdir. “Extra Card” ölkədaxili və ölkəxaricində bütün alış-veriş və xidmət məntəqələrində, qısacası hər yerdə etibarlı və bütün plastik kartların üstünlüklərinə malik olmaqla yanaşı, partnyor mağazalarda edilən alış-verişləri faizsiz hissələrlə ödəməyə imkan verən və xərclədikcə bonuslar qazandıran bir kartdır.
“MİLLİKART”-DA XİDMƏT OLUNAN BANKLARIN KART SAHİBLƏRİ ÜÇÜN MÖVCUD XİDMƏTLƏRİN GENİŞLƏNDİRİLMƏSİ
Bundan sonra iBanking xidməti vasitəsilə balans haqqında məlumatın, hesabdan çıxarışların əldə olunması, Card-to-Card əməliyyatlarının aparılması – bir kartdan başqa karta pul vəsaitinin köçürülməsi, həmçinin mobil operatorlarının xidmətlərinin ödənilməsindən başqa, istifadəçilər kart vasitəsilə həyata keçirilən genişləndirilmiş onlayn ödəmələr xidmətindən istifadə edə biləcəklər. Mövcud mobil operatorlar siyahısına – Azercell, Bakcell, Nar Mobile, kommunal xidmətləri – Azerigaz, Azersu, BES;
“MilliKart” MMC-nin müştərisi olan “ASB” ASC turistlərə, şəhərimizin qonaqlarına və həmçinin Azərbaycan Respublikasının vətəndaşlarına yeni ön ödəməli Maestro “Baku Card” kartını təqdim edir. Bu layihə “MilliKart” MMC, Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyi və MasterCard kimi tərəfdaşların sponsorluğu ilə həyata keçirilmişdir. Kartın “MilliKart” MMC ilə sıx əməkdaşlığın nəticəsində reallaşması ölkəmizdəki nağdsız ödəmə sistemlərinin inkişafına təkan verəcəkdir.