“MilliKart” MMC-nin tətbiq etdiyi «Bonus & Taksit» məhsulunun yeni funksional imkanlarından istifadə edərək “ASB” ASC ölkəmizin pərakəndə sektoruna yeni “Extra Card” məhsulunu təqdim etmişdir. “Extra Card” ölkədaxili və ölkəxaricində bütün alış-veriş və xidmət məntəqələrində, qısacası hər yerdə etibarlı və bütün plastik kartların üstünlüklərinə malik olmaqla yanaşı, partnyor mağazalarda edilən alış-verişləri faizsiz hissələrlə ödəməyə imkan verən və xərclədikcə bonuslar qazandıran bir kartdır.
Extra Card” ilə alınan məhsul və ya xidmətlərin dəyəri taksitlərə bölünüb, 12 aya qədər faizsiz hissələrlə ödənilə bilər. Bununla yanaşı, alış-verişlərdən qazanılan bonuslar yığıla bilər və ya məhdudiyyətsiz olaraq istənilən partnyor mağazalarda xərclənə bilər.
“Extra Card” ilə 7 gün 24 saat ölkədaxili və ölkəxaricində bütün bankomatlardan nağd pul almaqla yanaşı hər növ kommunal və rabitə ödənişləri asanlıqla həyata keçirilə bilər.