“MilliKart” MMC-nin müştərisi olan “ASB” ASC turistlərə, şəhərimizin qonaqlarına və həmçinin Azərbaycan Respublikasının vətəndaşlarına yeni ön ödəməli Maestro “Baku Card” kartını təqdim edir. Bu layihə “MilliKart” MMC, Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyi və MasterCard kimi tərəfdaşların sponsorluğu ilə həyata keçirilmişdir. Kartın “MilliKart” MMC ilə sıx əməkdaşlığın nəticəsində reallaşması ölkəmizdəki nağdsız ödəmə sistemlərinin inkişafına təkan verəcəkdir. Kart Eurovision 2012 mahnı müsabiqəsinə həsr olunub və şəhərimizin adını daşıyır. “Baku Card” ideal ödəniş vasitəsidir və aşağıdakı özəlliklərə malikdir:
- yerli valyutada həyata keçirilən təhlükəsiz və rahat ödəniş vasitəsi
- nağd vəsait və çeklərə nisbətən sərfəli mübadilə məzənnələri
- “Park Bulvar” la yanaşı şəhərimizin çoxsaylı müxtəlif satış və xidmət məntəqələrində 10% endirim əldə etmək imkanı respublika ərazisində və xaricdə ödəniş etmək imkanı
- istənilən ATM vasitəsilə 7/24 vəsaitin əldə olunması
- balansın asanlıqla artırılması
- balans, hesab və tranzaksiyaların tarixçəsi haqqında məlumatın əldə olunması
- səyahət xərclərini ayırma imkanı