20 OKT
“NAXÇIVANBANK” ASC ATM VASİTƏSİLƏ ÇOXSAYLI ÖDƏNİŞLƏRİN QƏBULUNA BAŞLADI

“MilliKart”-da xidmət olunan “Naxçıvanbank” ASC xidmət keyfiyyətinin yüksəldilməsi və müştərilərin rahatlığı sahəsində yeniliklərini davam etdirərək ATM vasitəsilə çoxsaylı ödənişlərin qəbuluna başladı. Ödənişləri müxtəlif xidmət təchizatçılarına etmək mümkündür: 1. Naxçıvan Telekom – ödənişləri aşağıdakı şəhərlər və xidmətlər üzrə qəbul edir:
Şəhərlər:

Ətraflı

25 SEN
MİLLİKART VƏ GOSWİFF AZƏRBAYCANDA VƏ ZAQAFQAZİYA REGİONUNDA İLK MOBİL ÖDƏMƏ HƏLLİ LAYİHƏSİNƏ BAŞLAMIŞLAR

Regionda sürətlə inkişaf edən şirkətlərdən və Azərbaycandakı ikinci böyük prosesinq bürosu olan MilliKart, bu gün goSwiff ilə birlikdə M + mobil ödəmə həllini təqdim etmişdir. M+ mobil cihazlar vasitəsi ilə ödəniş kartlarının qəbulu üçün hazırlanmış mobil ödəmə platformasıdır. Mükəmməl identifikasiya texnologiyası sayəsində M+ mobil ödəmələr aləmində təhlükəsizliyi yüksək səviyyədə təmin edir. M+ həllinin universallığı yüksək miqyaslaşdırma ilə fərqlənməyə imkan verir.

Ətraflı

11 SEN
MİLLİKART VƏ AXA MBASK ƏMƏKDAŞLIĞI NƏTİCƏSINDƏ AZƏRBAYCAN SIĞORTA SEKTORUNDA NÖVBƏTİ BÖYUK YENİLİK

MilliKart və AXA MBASK əməkdaşlığı nəticəsində Azərbaycan sığorta sektorunda ilk vahid inteqrasiya olunmuş ödəmə sistemi tətbiq olunmuşdur. Bu sistemin MİllİKart tərəfindən indiyə qədər təklif edilən e-commerce həllərindən fərqi budur ki, bütün AXA MBASK agentləri onlayn rejimdə işlədikləri sistemin üzərindən hər hansı sığorta şəhadətnaməsini hazırladıqda, sistemi tərk etmədən müştərinin hər hansı bank kartı vasitəsilə ödəməni həyata keçirə biləcəklər.

Ətraflı

04 İYL
MİLLİKARTIN SMS BANKİNG XİDMƏTİ VƏ MOBİL NÖMRƏ DAŞINMASI

Mobil Nömrə Daşınması xidməti abunəçilərə mobil nömrələrini dəyişmədən istənilən mobil operator şəbəkəsinə qoşulmaq imkanını verir. Kart istifadəçilərinin əməliyyatları haqqında dərhal sms-xəbərdarlıqlarının fasiləsiz almaları üçün Mobil Nömrə Daşınması ilə əlaqədar MilliKart LLC SMS Banking xidmətinə yeni funksional əlavə etmişdir. Kart sahibləri bir neçə sadə əməliyyat ilə nömrələrinin daşınması haqqında məlumat verə bilərlər:

Ətraflı

04 İYL
3D SECURE XİDMƏTİNİN MİLLİKART TƏRƏFİNDƏN TƏKMİLLƏŞDİRİLMƏSİ

«MilliKart» tətbiq etdiyi 3D Secure texnologiyasını təkmilləşdirmişdir və dələduzluq hallarından mühafizəni və İnternet vasitəsilə keçirilən ödənişlərin təhlükəsizliyini daha yüksək səviyyədə təmin etməyə nail olmuşdur. Xatırladaq ki, bu xidmətdən istifadə etmək üçün istifadəçi ilk olaraq müştərisi olduğu bankda telefon nömrəsini qeyd etməli və 3D Sign up səhifəsində qeydiyyatdan keçərək “3D” parolunu təyin etməlidir. Qeydiyyatdan keçəndən sonra, online mağazada ödəniş etmək üçün istifadəçi xüsusi “3D” parolunu daxil edərək əməliyyatını uğurla başa çatdıra bilir.

Ətraflı

19 MAR
MİLLİKART-DAN CASH ALGORİTHM FUNKSİONALI

ATM terminallar və ya sadə dil ilə desək bankomatlar artıq televiziya və İnternet kimi müasir həyatın ayrılmaz hissəsinə çevrilmişdir. MilliKart müştərilərin rahatlığını təmin etmək üçün bankomatların funksionallığını və aparılan müxtəlif əməliyyatların sayını daim artırmaqdadır. Müştərilərin apardığı əməliyyatlar arasında nağdlaşdırma əməliyyatının ən çox aparıldığını və əksər hallarda alınan əskinaslarla yaşanan sıxıntıları nəzərə alaraq, MilliKart yeni Cash algorithm xidmətini müştərilərin ixtiyarına vermişdir.

Ətraflı

17 MAR
MİLLİKART İLƏ PUL KÖÇÜRMƏLƏRİ HEÇ VAXT BELƏ ASAN OLMAMIŞDIR – “VISA PERSONAL PAYMENT (VPP)”/”MASTERCARD MONEY TRANSFER (MMS)”

MilliKart VİSA və MasterCard kartlarına sahib olan minlərlə insanı “VISA Personal Payment”/”MasterCard Money Transfer” xidməti vasitəsilə təhlükəsiz, rahat və tez pul köçürmələri ilə təmin etdi. “VISA Personal Payment”/”MasterCard Money Transfer” xidməti vasitəsilə kart sahibləri VISA və MasterCard kartlarından respublikamızın və diğər ölkələrin bankları tərəfindən buraxılan VISA və MasterCard kartlarına banka getmədən pul köçürə bilərlər.

Ətraflı

12 MAR
“MİLLİKART”-DAN YENİ XİDMƏT – CASH BY CODE

«Cash by Code» – hətta kartı olmayan şəxslərə də pul göndərə biləcəyi xidmət növüdür. Bu xidmət, asan, tez, rahat və təhlükəsiz şəkildə 7/24 prinsipi ilə bankın müştərisi tərəfindən kartdan pul vəsaitlərinin bankomat vasitəsi ilə köçürülməsi və bank kartı olmayan şəxs tərəfindən həmin vəsaitlərin əldə edilməsidir. Pul göndərmək üçün bankomatın standart menyunsundan «Cash by Code» xidməti seçilir. Sonra göndərən tərəf göndərmək istədiyi şəxsin mobil nömrəsini və köçürmənin məbləğini daxil edir.

Ətraflı

20 DEK
ULDUZUM

MilliKart LLC və “Bakcell”dən gözəl bir fürsət!

“Bakcell”in sadiq abunəçiləri üçün ULDUZUM sadiqlik proqramı yaradıldı. Bu proqram çərçivəsində Bakcell bütün abunəçilərinə müxtəlif sahələrdə bir çox imtiyazlar və dəyərli xidmətlər təklif edir.

ULDUZUM proqramına qoşulan hər bir kəs seçilmiş restoranlarda, dəbdəbəli geyim, aksessuar, ətriyyat, mebel, məişət cihazları və elektrotexnika mağazalarında, sağlamlıq, idman və istirahət mərkəzlərində, və bir sıra xidmət məntəqələrində endirimlər əldə edə bilər.

Ətraflı

05 DEK
«ACCESSBANK» MASTERCARD ÖDƏNİŞ SİSTEMİNDƏ PRİNSİPİAL ÜZV STATUSUNU ALDI

MilliKartda xidmət olunan «Accessbank» MasterCard ödəniş sisteminin prinsipial üzvü olmuş və EMV chip cash acquiring (ATM , bankın filialları), EMV chip retail acquiring, e-commerce acquiring, EMV chip issuing lisenziyalarını əldə etmişdir. Beləliklə, MasterCard sisteminin üzvü olmaqla bank nağd vəsait verən terminallarında, filiallarında MasterCard beynəlxalq kartlarını qəbul edə biləcəkdir. Bundan başqa, bank ilə əməkdaşlıq edən ticarət və xidmət obyektləri ödəniş üçün MasterCard beynəlxalq kartlarını qəbul edəcəklər.

Ətraflı