«Cash by Code» – hətta kartı olmayan şəxslərə də pul göndərə biləcəyi xidmət növüdür. Bu xidmət, asan, tez, rahat və təhlükəsiz şəkildə 7/24 prinsipi ilə bankın müştərisi tərəfindən kartdan pul vəsaitlərinin bankomat vasitəsi ilə köçürülməsi və bank kartı olmayan şəxs tərəfindən həmin vəsaitlərin əldə edilməsidir. Pul göndərmək üçün bankomatın standart menyunsundan «Cash by Code» xidməti seçilir. Sonra göndərən tərəf göndərmək istədiyi şəxsin mobil nömrəsini və köçürmənin məbləğini daxil edir.
Bankomat 2 hissəli xüsusi kod hazırlayır – ikinci hissə göndərən tərəf üçün çap edilir, birinci hissə isə pulu alan tərəfə SMS vasitəsilə göndərilir. Göndərən tərəfdən kodun 2-ci hissəsi öyrənildikdən sonra və alan tərəfin SMS-lə 1-ci hissəni aldıqdan sonra alıcı sadəcə olaraq bankomat üzərində müvafiq düyməni sıxaraq, əldə olunmuş kodu daxil edir və ona göndərilən məbləği alır. Kod 24 saat müddətində qüvvədədir.
Bu əməliyyatı keçirmək üçün vəsaiti alana kart tələb olunmur.