ATM terminallar və ya sadə dil ilə desək bankomatlar artıq televiziya və İnternet kimi müasir həyatın ayrılmaz hissəsinə çevrilmişdir. MilliKart müştərilərin rahatlığını təmin etmək üçün bankomatların funksionallığını və aparılan müxtəlif əməliyyatların sayını daim artırmaqdadır. Müştərilərin apardığı əməliyyatlar arasında nağdlaşdırma əməliyyatının ən çox aparıldığını və əksər hallarda alınan əskinaslarla yaşanan sıxıntıları nəzərə alaraq, MilliKart yeni Cash algorithm xidmətini müştərilərin ixtiyarına vermişdir. Cash algorithm xidmətinin əsas üstünlüyü bankomatdan çıxarılacaq məbləğin istənilən əskinaslarla alınma imkanıdır.
Nağdlaşdırma zamanı müştərilər nağd vəsaiti
- minimal sayda iri nominallı əskinaslarla
- bankomatda olan müxtəlif nominallı əskinaslarla