“MilliKart”-da xidmət olunan “Naxçıvanbank” ASC xidmət keyfiyyətinin yüksəldilməsi və müştərilərin rahatlığı sahəsində yeniliklərini davam etdirərək ATM vasitəsilə çoxsaylı ödənişlərin qəbuluna başladı. Ödənişləri müxtəlif xidmət təchizatçılarına etmək mümkündür:

1. Naxçıvan Telekom – ödənişləri aşağıdakı şəhərlər və xidmətlər üzrə qəbul edir:
Şəhərlər:

– Naxçıvan
– Şərur
– Ordubad
– Culfa
– Babək
– Şahbuz
– Kəngərli
– Sədərək
Xidmətlər:
– Telefon üçün abunə haqqı
– Şəhərlərarası qəbzlər üzrə borc
– Carı şəhərlərarası danışıqlar üzrə borc
– Danışıq üçün borc

2. NMR Dövlət Energetika Agentliyi – ödənişləri abunə kodu ilə qəbul edir.
3. ‘Naxçıvanqaz’ İstehsalat Birliyi – ödənişləri abunə kodu ilə qəbul edir.
4. NB internet – ödənişləri 7 AZN, 10 AZN, 15 AZN, 20 AZN, 30 AZN, 50 AZN, 70 AZN məbləğlər
ilə qəbul edir.