02 DEK
EXPRESSBANK SECURECODE TEXNOLOGİYASINA KEÇDİ

“MilliKart”da xidmət olunan Expressbank SecureCode texnologiyasına keçmiş və artıq müştərilərinin istifadəsinə təqdim etmişdir. «MilliKart»ın tətbiq etdiyi SecureCode texnologiyası vasitəsilə Expressbank öz müştərilərini dələduzluq hallarından mühafizə və İnternet vasitəsilə keçirilən ödənişlərin təhlükəsizliyini təmin edəcəkdir. Bu müasir texnologiyanın iş prinsipi müştərinin autentifikasiyasının yalnız müştəriyə aid olan və kartın üzərində qeyd edilməyən xüsusi “3D” parolu vasitəsilə ilə online ödənişlərin daha təhlükəsiz şəkildə həyata keçirilməsidir.

Ətraflı

25 NOY
AZƏRPOÇT – ÇİP TEXNOLOGİYALARINA MİQRASİYA

“MilliKart”da xidmət olunan Azərpoçt MMC MasterCard beynəlxalq kart təşkilatında çip texnologiyaları üzrə sertifikasiya işlərini bitirmiş və tamamilə həmin texnologiyalara miqrasiya etmişdir. Bundan sonra Azərpoçt MMC bütün yeni müştərilərinə çip kartların emissiyasını təmin edəcək, hal hazırda istifadədə olan maqnit zolağlı kartları isə istifadə müddəti bitdikcə əvəz edəcək.

Ətraflı

18 NOY
3D SECURE XİDMƏTİ VASİTƏSİ İLƏ ONLAYN ÖDƏMƏLƏR DAHA TƏHLÜKƏSİZ OLACAQ

“MilliKart” Internetdə ödənişlərin təhlükəsizliyini təmin edən MasterCard SecureCode və Verified by Visa (VbV) texnologiyaları üzrə sertifikasiya işlərini tamamlamışdır və artıq bankların və maliyyə institutların istifadəsinə təqdim etmişdir. «MilliKart»ın tətbiq etdiyi 3D Secure – dələduzluq hallarından mühafizə olunmaq və İnternet vasitəsilə keçirilən ödənişlərin təhlükəsizliyini təmin etmək imkanını verən texnologiyadır.

Ətraflı

01 NOY
“NAXÇIVANBANK” ASC CASH-İN ÖDƏNİŞ KÖŞKLƏRİNİN TƏTBİQİNƏ BAŞLADI

“MilliKart”-da xidmət olunan “Naxçıvanbank” ASC xidmət keyfiyyətinin yüksəldilməsi və müştərilərin rahatlığı sahəsində yeniliklərini davam etdirərək cash-in ödəniş köşklərinin tətbiqinə başladı. Bu xidmət yeni nəsil cash-in qurğuları vasitəsi ilə özünəxidmət məntəqələrinin genişləndirilməsi proqramı çərçivəsində həyata keçirilir. Hazırda «Naxçıvanbank» tərəfindən təqdim olunan cash-in ödəniş köşkləri əhaliyə kart hesablarının artırılması sahəsində xidmət göstərir.

Ətraflı

10 SEN
QOŞUL, FƏRQLƏN, FAYDALAN!

MilliKart LLC şirkətindən və Unibank-dan ekskluziv fürsət! Facebook-u və ALBALI-nı bir araya gətirərək kart sahibləri üçün rahat və istifadədə sadə olan bir platforma yaratdıq.

“Qoşul, Fərqlən, Faydalan” nədir?

Ətraflı

24 MAY
“MİLLİKART”DA XİDMƏT OLUNAN ZAMİNBANK BRİLYANTLARLA BƏZƏDİLMİŞ VƏ TƏMİZ QIZILDAN HAZIRLANMIŞ ÖDƏNİŞ KARTI BURAXDI

Azərbaycanda ilk dəfə olaraq təmiz qızıldan hazırlanmış və ekslyuziv dizayna malik olan ödəniş kartı buraxıldı. “MilliKart”ın müştərisi olan Zaminbank təmiz qızıldan hazırlanmış Visa Infinite Exclusive ödəniş kartını buraxmışdır. Kart təmiz qızıldan hazırlanıb, brilyantlarla bəzədilib, ornamenti isə qiymətli və yarımqiymətli daşlardan yığılıb. Kart yeganə sayda hazırlanıb. Kartın istehsalında 750 əyyarlı sarı qızıl, 137 bəyaz brilyant, qara və qırmızı yaşma, firuzə, lazurit və müxtəlif çalarlı perlamutr kimi qiymətli və yarımqiymətli daşlar istifadə olunmuşdur.

Ətraflı

22 MAY
YENİLƏNMİŞ MİLLİKART

“MilliKart” son altı ay ərzində maraqlı, həyacanlı və şirkət üçün həyati əhəmiyyət kəsb edən rebredinq prosesindən keçmişdir. Rebrendinqin nəticələrini “MilliKart” bu gün Kempinski Badamdar otelində öz auditoriyasına təqdim etdi. Tədbirdə respublikamızın Mərkəzi Bankının və digər rəsmi strukturların, bank və pərakəndə sektorlarının nümayəndələri, sığorta şirkətləri və digər texnoloji təşkilatlar iştirak etdilər.

Ətraflı

15 YAN
MİLLİKART 2012-Cİ İLİN DÖRD RÜBÜ ÜZRƏ NAİLİYYƏTLƏRİNİ VƏ FƏALİYYƏT GÖSTƏRİCİLƏRİNİ ELAN ETDİ

MilliKart 2012-ci il ərzində uğurla həyata keçirdiyi layihələr və fəaliyyət göstəricilərini açıqlamışdır. Geridə qoyduğumuz il çox məhsuldar olmuş və şirkət bir neçə layihəni böyük müvəffəqiyyətlə başa vurmuşdur:

  • “Instant issuance” – kartların dərhal verilməsi;
  • “Bonus & Taksit” – hissə-hissə ödəmə və bonus qazanma imkanı;

Ətraflı

07 DEK
MİLLİKART NAĞDSIZ ÖDƏNİŞ SİSTEMİNİN İNKİŞAFI PERSPEKTİVLƏRİ MÖVZUSUNDA DƏYİRMİ MASADA İŞTİRAK ETMİŞDİR

Ölkədə nağdsız dövriyyənin genişləndirilməsi sahəsində həyata keçirilən sistemli tədbirlərdən biri, bu həftə «Vergilər» qəzetinin təşkilatçılığı ilə keçirilən “Azərbaycanda nağdsız ödəniş sisteminin inkişafı perspektivləri” mövzusuna aid «dəyirmi masa» olmuşdur.

Ətraflı

27 NOY
“NAXÇIVANBANK” ASC “MASTERCARD INT.” ÖDƏMƏ SİSTEMİNİN KARTLARININ EMİSSİYASINA BAŞLADI

“MilliKart”-da xidmət olunan “NaxçıvanBank” ASC “MasterCard Int.” beynəlxalq kart təşkilatında “MChip Issuing” – çip kartlarının emissiyası, həmçinin “MChip ATM Acquiring” – çip kartlarının ATM ekvayrinqi üzrə sertifikasiya layihələrini müvəffəqiyyətlə başa çatdırmışdır.

Artıq “NaxçıvanBank” “MC Maestro”, “MC Standard”, “MC Gold” və “MC Platinum” plastik kartlarının emissiyasına başlamışdır.

Ətraflı