MilliKart 2012-ci il ərzində uğurla həyata keçirdiyi layihələr və fəaliyyət göstəricilərini açıqlamışdır. Geridə qoyduğumuz il çox məhsuldar olmuş və şirkət bir neçə layihəni böyük müvəffəqiyyətlə başa vurmuşdur:
- “Instant issuance” – kartların dərhal verilməsi;
- “Bonus & Taksit” – hissə-hissə ödəmə və bonus qazanma imkanı;
- Xidmət olunan bankların kart sahibləri üçün mövcud xidmətlərin genişləndirilməsi və s.
Şirkətin fəaliyyət göstəriciləri aşağıdakı kimidir:
- Kartların sayı – 236000
- Əməliyyatların ümumi sayı – 3780678
- Əməliyyatların həcmi – 645232335
- POS terminallarının sayı – 6750
- ATM sayı – 333
- Partnyor-bankların sayı – 12
- Əməkdaşların sayı – 55
Vurğulamaq istəyirik ki, MilliKart güclü proqram və aparat təchizatı ilə qabaqcıl texnologiyaya malik olan regiondakı ən sürətlə inkişaf edən şirkətlərdən biridir. Şirkət informasiya texnologiyalarının demək olar ki, bütün sahələrində iştirak edir. Kart və əlaqədar texnologiyalarda peşəkar olaraq, MilliKart həmçinin texnoloji həllərin və məsləhət xidmətlərinin təchizatı ilə də məşğuldur.