“MilliKart”da xidmət olunan Expressbank SecureCode texnologiyasına keçmiş və artıq müştərilərinin istifadəsinə təqdim etmişdir.
«MilliKart»ın tətbiq etdiyi SecureCode texnologiyası vasitəsilə Expressbank öz müştərilərini dələduzluq hallarından mühafizə və İnternet vasitəsilə keçirilən ödənişlərin təhlükəsizliyini təmin edəcəkdir. Bu müasir texnologiyanın iş prinsipi müştərinin autentifikasiyasının yalnız müştəriyə aid olan və kartın üzərində qeyd edilməyən xüsusi “3D” parolu vasitəsilə ilə online ödənişlərin daha təhlükəsiz şəkildə həyata keçirilməsidir. Bu parolu yalnız müştəri və bank bilir. Online mağazalar kimi üçüncü tərəflərin bu parolun bilməsi və görməsi tamamilə istisna olunur. Beləliklə, hər tranzaksiya tamamilə təhlükəsiz mühitdə uğurla başa çatır.
Autensifikasiya üç (3) domen modelinə əsaslandığı üçün bu texnologiya 3D Secure adını daşıyır.