“MilliKart”da xidmət olunan Azərpoçt MMC MasterCard beynəlxalq kart təşkilatında çip texnologiyaları üzrə sertifikasiya işlərini bitirmiş və tamamilə həmin texnologiyalara miqrasiya etmişdir.
Bundan sonra Azərpoçt MMC bütün yeni müştərilərinə çip kartların emissiyasını təmin edəcək, hal hazırda istifadədə olan maqnit zolağlı kartları isə istifadə müddəti bitdikcə əvəz edəcək.
Xatırladmaq istəyirik ki, çip texnologiyalı kartlar yüksək təhlükəsizliyi ilə fərqlənir və banklar üçün kartlar üzrə aparılan dələduzluq əməliyyatları risklərini azaldır.