“MilliKart”-da xidmət olunan “Naxçıvanbank” ASC xidmət keyfiyyətinin yüksəldilməsi və müştərilərin rahatlığı sahəsində yeniliklərini davam etdirərək cash-in ödəniş köşklərinin tətbiqinə başladı. Bu xidmət yeni nəsil cash-in qurğuları vasitəsi ilə özünəxidmət məntəqələrinin genişləndirilməsi proqramı çərçivəsində həyata keçirilir. Hazırda «Naxçıvanbank» tərəfindən təqdim olunan cash-in ödəniş köşkləri əhaliyə kart hesablarının artırılması sahəsində xidmət göstərir.
Cash-in ödəniş köşkləri vasitəsi ilə, əlavə olaraq, “MilliKart”ın şəbəkəsinə daxil olan bütün banklara məxsus kart hesablarının artırılması da mümkündür.