MilliKart LLC şirkətindən və Unibank-dan ekskluziv fürsət! Facebook-u və ALBALI-nı bir araya gətirərək kart sahibləri üçün rahat və istifadədə sadə olan bir platforma yaratdıq.

“Qoşul, Fərqlən, Faydalan” nədir?

“Qoşul, Fərqlən, Faydalan” – Facebook üzərindən MilliKart tərəfindən xüsusilə yaradılmış Mplusapp ekskluziv platformadır. Mplusapp platforması ALBALI kart istifadəçiləri üçün yeni və əlverişli imkanlar təqdim edir. ALBALI kartla 3 və daha çox taksitlə edilən alış-verişlər sahibinə xallar qazandırıb müxtəlif hədiyyələr əldə etməyə imkan verir. Bu fürsətdən yararlanmaq üçün kart sahibləri Facebook sosial şəbəkəsində Mplusapp platformasından ALBALI kartını qeydiyyatdan keçirməlidir. Kart qeydiyyatdan keçdikdən sonra seçilmiş partnyorlarda edilən əməliyyatlar haqqında məlumatı Facebook sosial şəbəkəsində bölüşərək, ALBALI xalları toplayıb, daha sonra müxtəlif hədiyyələr əldə edə bilərlər.

Bu da son deyil. MilliKartın yeni Mplusapp aplikasiyası sayəsində ALBALI kart sahibləri Facebook uzərindən birbaşa şəxsi kabinetə daxil ola biləcəklər. Burda aparılan əməliyyatalar, borclar və digər məlumatları əldə edə biləcəklər.

Odur ki, QOŞULUN, FƏRQLƏNİN, FAYDALANIN!