Azərbaycanda ilk dəfə olaraq təmiz qızıldan hazırlanmış və ekslyuziv dizayna malik olan ödəniş kartı buraxıldı. “MilliKart”ın müştərisi olan Zaminbank təmiz qızıldan hazırlanmış Visa Infinite Exclusive ödəniş kartını buraxmışdır. Kart təmiz qızıldan hazırlanıb, brilyantlarla bəzədilib, ornamenti isə qiymətli və yarımqiymətli daşlardan yığılıb. Kart yeganə sayda hazırlanıb. Kartın istehsalında 750 əyyarlı sarı qızıl, 137 bəyaz brilyant, qara və qırmızı yaşma, firuzə, lazurit və müxtəlif çalarlı perlamutr kimi qiymətli və yarımqiymətli daşlar istifadə olunmuşdur. Qeyd etmək istərdik ki, kart Visa kartının bütün xüsusiyyətlərinə malikdir və tam ödəniş vasitəsidir: kartın üzündə EMV çipi yerləşir. Lakin kart bankomatlardan pul vəsaiti çıxarmaq üçün nəzərdə tutulmadığı üçün müştəri qızıldan hazırlanmız karta əlavə olaraq Zaminbankın Visa Infinite plastik kartını da əldə edə biləcək.
XƏBƏRLƏR
24MAY