Regionda sürətlə inkişaf edən şirkətlərdən və Azərbaycandakı ikinci böyük prosesinq bürosu olan MilliKart, bu gün goSwiff ilə birlikdə M + mobil ödəmə həllini təqdim etmişdir. M+ mobil cihazlar vasitəsi ilə ödəniş kartlarının qəbulu üçün hazırlanmış mobil ödəmə platformasıdır. Mükəmməl identifikasiya texnologiyası sayəsində M+ mobil ödəmələr aləmində təhlükəsizliyi yüksək səviyyədə təmin edir. M+ həllinin universallığı yüksək miqyaslaşdırma ilə fərqlənməyə imkan verir və bu da öz növbəsində həm mikro-ticarət obyektləri olan kiçik biznesin, həm də minlərlə agenti olan böyük biznesin ehtiyaclarına cavab verir. Ən əhəmiyyətli xüsusiyyətlərdən biri budur ki, M + ödəniş ekosistemin bütün iştirakçılarını vahid mobil həll ilə təmin edir. Banklar üçün bu, ticarət obyektlərini rəqabətə dayanıqlı həllər ilə təmin etmək, iddialı mPOS strategiyalarını həyata keçirmək, mövcud və gələcək ödəniş sahəsinin problemlərini həll etmək üçün qabaqda olmaq imkanıdır. Ticarət obyektləri üçün M + həllinin gücündən tam istifadə edərək satış həcmlərini artırmaq, istehlakçıları geniş müştəri təcrübəsi ilə təmin etmək, onları sədaqətləri üçün mükafatlandırmaq və nahayət istehlakçılar üçün tam təhlükəsizlik təmin olaraq istədiyi məhsulu istədiyi yerdə almaq və müvafiq məhsullara sadiq qaldıqları üçün mükafat almaq imkanıdır.

Ödəmə həllərində mühüm bazar iştirakçılarından olan MilliKart M + həlli vasitəsilə Azərbaycandakı ticarət obyektlərinə və istehlakçılara daha çox ödəmə alternativi gətirəcəkdir. Azərbaycan hökuməti nağd əməliyyatların payını azaldmaqla nağdsız ödənişləri təşviq edir. M + Visa və MasterCard iləkart əməliyyatlarında müştərilərin təhlükəsizlik, rahatlıq və etibarlılıq ehtiyaclarına tam cavab verir.

“M + həllinin üstünlüyü ondan ibarətdir ki, MilliKart öz omni-kanal ödəmə həllini tamamlayacaq və ödənişləri bütün satış kanallarından qəbul edəcəkdir – “online” ödənişlər, mobil ödənişlər və mövcud POS ödənişlər. Bizim üçün rəqiblərimizdən öndə olmaq və nəinki Azərbaycanda, həm də bütün Zaqafqaziya regionunda ilk mobil ödəmə həllinə başlamaq çox həyacanlandırıcıdır”, – MilliKartın İcraçı Direktoru Calal Orucov bildirib.

Smartfon və ya planşet (iOS və Android), kart oxucu və M + əlavəsindən istifadə edərək, kassir kart əməliyyatlarını sürətlə və asanlıqla həyata keçirə bilər. Apps Store və Google Play-dən yüklənən əlavə istənilən mühit, məkan və zamanda əməliyyatların keçirilməsinə imkan verir və ödənişin təsdiqi müştəriyə elektron poçt və ya sms vasitəsilə göndərilir.


Ətraflı məlumat üçün https://www.mpos.az ziyarət edin.
goSwiff haqqında
goSwiff öz müştəriləri üçün həm “online”, həm də satış nöqtəsində dəyərlər yaradan innovative
mobil ticarət platforması və marketinq xidmətləri təchizatçısıdır.
goSwiff banklara və korporasiyalara yeni müştərilər əldə etmək və mövcud olanlarla daha yaxşı
ünsiyyət qurmaq üçün yardım edir, ticarət obyektlərinə əməliyyatların həm keyfiyyətini, həm də
kəmiyyətini artırmaq üçün dəstək olur, müştərilərə qazanclı alış-veriş təcrübəsi yaşadır.