Bundan sonra iBanking xidməti vasitəsilə balans haqqında məlumatın, hesabdan çıxarışların əldə olunması, Card-to-Card əməliyyatlarının aparılması – bir kartdan başqa karta pul vəsaitinin köçürülməsi, həmçinin mobil operatorlarının xidmətlərinin ödənilməsindən başqa, istifadəçilər kart vasitəsilə həyata keçirilən genişləndirilmiş onlayn ödəmələr xidmətindən istifadə edə biləcəklər. Mövcud mobil operatorlar siyahısına – Azercell, Bakcell, Nar Mobile, kommunal xidmətləri – Azerigaz, Azersu, BES; İnternet – Adanet, Azeronline, Azstarnet, Eurosel; kabel televiziyası – Aile TV, B&B TV, Connect, KATV1 xidmətlərinin ödənilməsi əlavə edilmişdir. Xidmət pulsuzdur.
iBanking səhifəsində “şəxsi kabinet” vasitəsilə xidmətlərin ödənilməsi çox sadə və rahatdır. Əsas üstünlüklər:
- – ödəmə şablonlarının vasitəsilə ödəmələrin yadda saxlanılması və təkrarlanması;
- – əvvəlcədən müəyyən edilmiş ödənişlərin əsasında növbəti ödənişlərin avtomatik rejimdə həyata keçirilməsi;
- – şəxsi ödəniş tarixçəsinin izlənilməsi.
Beləliklə, iBanking səhifəsindəki “şəxsi kabinet” istifadəçilər üçün çox rahat və tək yerə çevrilir ki, onlar orada bütün tranzaksiyalarını görməklə yanaşı, öz maliyyə vəziyyətləri haqqında daim xəbərdar olurlar.