“Millikart” hər zaman olduğu kimi müasir texnologiyaların üstünlüklərindən istifadə edərək daim yenilikçi və dinamikdir. Ölkəmizdəki nağdsız əməliyyatların sürətli inkişafını dəstəkləyərək, xidmət olunan banklara daha rahat və keyfiyyətli xidmətlərin göstərilməsini təmin etmək üçün yeni texnolojı həllər cəlb edir. Belə xidmətlərdən biri “Instant Issuance” xidmətidir. Belə ki, müştəri kart əldə etmək üçün bankın hər hansı filialına/nöqtəsinə müraciət edir və həmin kartı dərhal əldə etmə imkanına malik olur. Təklif etdiyimiz xidmət ölkəmizdə tamamən yenidir və fəaliyyət göstərdiyimiz spesifik sektorda indiyə qədər tətbiq olunmayıb.
“Instant Issuance” xidməti kartların dərhal verilməsini daha sadə, təhlükəsiz və effektiv edən geniş funksiyalara malikdir. Yeni çap olunmuş kart bank tərəfindən birbaşa kart sahibinə təhvil verilir. Kart sahibi PIN kodunu özü yerində seçmək imkanına malikdir və bütün əməliyyat gecikmədən, qeyri-müəyyənlik olmadan, kart və PIN zərflərinin çatdırılmasına maddi vəsait xərcləmədən baş tutur. Birbaşa ünsiyyət banklara həmçinin müştərilərinə əlavə dəyər daşıyan xidmətlər təklif etməyə imkan yaradacaq.