“MilliKart LLC” Azərbaycandakı BOKT sektorunda ilk və yeni layihəni tətbiq etmiş və uğurla başa çatdırmışdır. Layihə “MilliKart”, “AzərPoçt” və “İdeal Kredit”in üçtərəfli əməkdaşlığı nəticəsində “İdeal Kredit”in müştərilərinə ödəniş kartlarının əldə edilməsini təmin edir. Belə ki, “İdeal Kredit” təşkilatının müştəriləri müvafiq nominallarda ödəniş kartları əldə edir. “İdeal Kredit” tərəfindən müştərilərə verilən ödəniş kartları MilliKartda xidmət olunan bütün bankların bankomat və POS-terminal şəbəkəsində qəbul olunacaq:
- Unibank, Dəmirbank, Zaminbank, Expressbank, Accessbank, Azər-Türk Bank, Azərbaycan Sənaye Bankı (ASB), Bank of Baku, Naxçıvanbank, Kredobank, AzərPoçt, PaşaBank.
BOKT-un müştəriləri yuxarıda qeyd olunan bankların bankomat və POS-terminallarında nağd vəsaitin əldə edilməsi, həmçinin bankların POS-terminallarında nağdsız (iş, mal və xidmətlərin ödənilməsi) əməliyyatların aparılması imkanı əldə edir. “İdeal Kredit” tərəfindən ödəniş kartların emissiyası “MilliKart”da xidmət olunan “AzərPoçt” MMC tərəfindən həyata keçirilmişdir.
Xidmətin üstünlükləri:
- Kartların müştərilərə anında təqdim olunması;
- Çevik tarif siyasəti;
- Nağdsız alış-veriş imkanı.
Qeyd etmək istəyirik ki, “İdeal Kredit” öz fəaliyyətini bir neçə fundamental istiqamətdə davam etdirir. Təşkilat müştəri xidmətlərində texnoloji yeniliklərin təkmilləşdirilməsinə xüsusi diqqət yetirir.
Azərbaycanın Milli Operatoru “Azərpoçt” MMC hazırda ölkənin bütün ərazisində ən geniş xidmət şəbəkəsinə malik olmaqla, əhalinin bütün təbəqələrinə və eləcə də hüquqi şəxlərə münasib qiymətlərlə ənənəvi qeyri-ənənəvi poçt xidmətlərinin və poçt-maliyyə xidmətlərinin göstərilməsini həyata keçirir.