19 noyabr 2018-ci il tarixində MilliKart növbəti bir il üçün ödəniş kartları sahəsində tətbiq olunan PCI DSS 3.2 təhlükəsizlik standartlarının tələblərinə tam şəkildə cavab verərək sertifikasiyadan keçmişdir.
Audit yoxlamaları ödəniş kartları sahəsində təhlükəsizliyin təmin olunması üzrə ixtisaslaşmış və PCI QSA statuslu olan “JET INFOSYSTEMS” QSC şirkəti tərəfindən aparılmışdır. “JET INFOSYSTEMS” şirkəti PCI DSS üzrə sertifikasiyanı VISA, MasterCard, American Express, Discover və JCB ödəniş sistemlərinin tələblərinə uyğun şəkildə həyata keçirir.
PCI DSS 3.2 standartları kart məlumatlarının təhlükəsizliyinin daha yüksək səviyyədə təmin etmək məqsədi ilə tətbiq olunmuşdur.