MilliKart növbəti dəfə "PCI PIN Security" tələblərinə uyğunluq yoxlamasından uğurla keçmişdir. “VISA Inc.” tərəfindən akreditə olunmuş beynəlxalq audit şirkəti “on-site” yoxlama keçirmiş və yoxlamanın nəticəsi olaraq MilliKartın qeyd edilən təhlükəsizlik tələblərinə tam uyğunluğu “VISA İnc.” tərəfindən təsdiq edilmişdir. “VISA Inc.” Beynəlxalq Ödəniş Təşkilatının qaydalarına əsasən PIN-lərin emalı, ötürülməsi və ya generasiyası üzrə üçüncü tərəflərə xidmət göstərən prosessinq mərkəzləri mütəmadi olaraq "PCI PIN Security" təhlükəsizlik tələblərinə uyğunluğunu təsdiq etməlidir. Yoxlama 24 aydan bir keçirilir və beləliklə, MilliKartın "PCI PIN Security" üzrə hazırki uyğunluq statusu 31.10.2019-cu il tarixinədək etibarlıdır.
XƏBƏRLƏR
20 Oktyabr