Xidmətlər
Bank və qeyri-bank müəssisələrinə geniş ödəniş xidmətləri spektri təklif edirik.
-
ATM idarəetməsi
MilliKart ATM-lərin qoşulması və texniki dəstəyi üzrə xidmətlər göstərir.
-
POS idarəetməsi
MilliKart POS terminallarının quraşdırılması, texniki dəstəyi, vergi orqanlarında qeydiyyata alınması və qeydiyyatdan çıxarılması üzrə xidmətlər göstərir.
-
Müştəri xidmətləri
7/24 rejimində müştəri müraciətlərinin operativ idarə edilməsi, sorğuların cavablandırılması və texniki dəstəyin göstərilməsi.
-
SMS bankçılıq
MilliKart kart sahibləri tərəfindən mobil telefonlar vasitəsilə sistemə müvafiq SMS mesajlarının göndərilməsi, sorğulara cavab olaraq məlumatların alınması və hesabda dəyişiklik baş verdikdə avtomatik bildiriş göndərilməsi üzrə xidmət göstərir.
-
Pul köçürmələri
MilliKart pul vəsaitlərinin bir kart hesabından digər kart hesabına köçürülməsi üzrə xidmət göstərir.
-
E-Commerce
Onlayn platformalarda kart əməliyyatlarının avtorizasiyası, emalı və təhlükəsiz ödəniş infrastrukturunun təmin edilməsi.
-
Fraud Management
Tranzaksiyaların real vaxt rejimində monitorinqi, risklərin qiymətləndirilməsi və şübhəli əməliyyatların aşkarlanması.
Kartların personalizasiyası
MilliKart bank və qeyri-bank müəssisələrinə geniş ödəniş xidmətləri spektri təklif edir: kart emissiyasından ekvayrinqə, ATM idarəetmədən internet ödənişlərinə və SMS bildirişlərinə qədər.
Kartlar
MilliKart hibrid, maqnit və təmassız kart növlərinin personalizasiyasını həyata keçirir.
Hibrid kart
Bu tip kartlar özündə maqnit zolağı və mikroprosesoru (çip) birləşdirir. Hər tranzaksiya yalnız kart sahibinin bildiyi xüsusi PIN kodla qorunur.
- Personalizasiya avadanlığında məlumatın və təsvirlərin bank kartlarının üzərində yerləşdirilməsi.
- Personalizasiya avadanlığında məlumatın və təsvirlərin qeyri-bank kartlarının (endirim, klub və s.) üzərində yerləşdirilməsi.
- PIN zərflərinin hazırlanması.
- Personalizasiya avadanlığında hazırlanmış kartların qablaşdırılması.
- Bank tərəfindən məlumatların yerləşdirilməsi üçün məlumat fayllarının hazırlanması və təqdim olunması.
Maqnit kart
Bu tip kartlar maqnit zolağı ilə fərqlənir. Maqnit zolağı məlumatın saxlanılması üçün nəzərdə tutulur. Məlumatın yazılması zolağın səthindəki kiçik maqnit hissəciklərinin maqnitləşməsi ilə baş tutur.
- Personalizasiya avadanlığında məlumatın və təsvirlərin bank kartlarının üzərində yerləşdirilməsi.
- Personalizasiya avadanlığında məlumatın və təsvirlərin qeyri-bank kartlarının (endirim, klub və s.) üzərində yerləşdirilməsi.
- PIN zərflərinin hazırlanması.
- Personalizasiya avadanlığında hazırlanmış kartların qablaşdırılması.
- Bank tərəfindən məlumatların yerləşdirilməsi üçün məlumat fayllarının hazırlanması və təqdim olunması.
Təmassız kart
Bu innovativ ödəniş kartları bir toxunuşla ödəniş etməyə imkan verir. Bu, çox sürətli və rahatdır: əməliyyatı tamamlamaq üçün kartı terminala toxundurmaq kifayətdir.