Missiya və strategiya

Missiya

MilliKartın inkişafının əsasını peşəkar komandamız, məsuliyyətli yanaşmamız və innovasiyaya əsaslanan fəaliyyətimiz təşkil edir.

Formalaşdırdığımız korporativ dəyərlər və strateji prioritetlər şirkətimizin davamlı inkişafına, etibarlı tərəfdaşlığa və müasir ödəniş həllərinin genişləndirilməsinə xidmət edir.

Strategiya

Strategiya

Missiyamız və strategiyamız fəaliyyət istiqamətimizi, dəyərlərimizi və gələcək hədəflərimizi müəyyən edir. Müştəriyönümlülük, innovasiya və etibarlılıq prinsiplərinə əsaslanaraq ödəniş ekosisteminin inkişafına töhfə veririk.

TARİXİMİZ

MilliKart 14 iyul 2006-cı il tarixində Azərbaycan Respublikasında milli ödəniş sisteminin inkişafı, ödəniş kartları bazarında rəqabət mühitinin formalaşdırılması və prosessinq xidmətlərinin təkmilləşdirilməsi məqsədilə təsis edilmişdir. Şirkətin yaradılması Azərbaycan Respublikası Prezidentinin 9 dekabr 2004-cü il tarixli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında Milli Ödəniş Sisteminin İnkişafı üzrə 2005–2007-ci illər üçün Dövlət Proqramı” və 22 noyabr 2005-ci il tarixli “Azərbaycan Respublikasında ödəniş sistemlərinin təkmilləşdirilməsi sahəsində əlavə tədbirlər haqqında” Sərəncamı çərçivəsində həyata keçirilmişdir.

07 dekabr 2006-cı il tarixindən etibarən Azərbaycan Respublikası Mərkəzi Bankının 01-ÖS nömrəli icazəsi əsasında MilliKart prosessinq fəaliyyətinə başlamışdır. Şirkət fəaliyyətini Bakı şəhərində, Alı Mustafayev küçəsi 5A ünvanında davam etdirmişdir.

KORPORATİV MƏDƏNİYYƏT

MilliKartın korporativ mədəniyyəti şirkətin inkişafını, dayanıqlılığını və uğurunu təmin edən əsas dəyərlər üzərində qurulub. Bizi birləşdirən ortaq məqsədlər, peşəkar yanaşma, qarşılıqlı etimad və məsuliyyət prinsipləri əməkdaşlığımızın əsasını təşkil edir. Vahid korporativ dəyərlərimiz komanda ruhunu gücləndirir, iş mühitinin səmərəliliyini artırır və davamlı inkişafa istiqamət verir.