Yenilənmiş MilliKart

“MilliKart” son altı ay ərzində maraqlı, həyacanlı və şirkət üçün həyati əhəmiyyət kəsb edən rebredinq prosesindən keçmişdir. Rebrendinqin nəticələrini “MilliKart” bu gün Kempinski Badamdar otelində öz auditoriyasına təqdim etdi. Tədbirdə respublikamızın Mərkəzi Bankının və digər rəsmi strukturların, bank və pərakəndə sektorlarının nümayəndələri, sığorta şirkətləri və digər texnoloji təşkilatlar iştirak edirdilər. Şirkətin tamamilə yenilənmiş brend imici, brend dəyərləri, fəaliyyət istiqamətləri, yeni məhsullar toplusu böyük müvəfəqiyyətlə təqdim olunmuşdur. Ana brend MilliKart Group altında birləşmiş üç əsas fəaliyyət istiqaməti diqqəti çəkmişdir – M+assist, M+money və M+thinking.

Tədbirdə Mərkəzi Bankın Ödəniş Sistemləri və Hesablaşmalar Departamentinin Direktoru Kəmalə Qurbanova qeyd etdi ki, bu gün Azərbaycan plastik kart istifadəsi üzrə liderlər arasındadır, lakin göstərici mövcud potensiala cavab vermir. O, nağdsız ödəniş sisteminin inkişafının ölkənin iqtisadi inkişafında mühüm rol oynadığını vurğuladı.

Şirkətin İcraçı Direktoru Calal Orucov öz növbəsində maraqlı və tamamilə yeni formatda çıxış etdi və qeyd etdi ki, “Sürətlə inkişaf edən mühitdə öndə olmağa qərar verdik. Çünki həvəs və enerji ilə dolu olan dinamik, zirək və ağıllı şirkət olaraq buna layiqik. Gələcək bazar ehtiyaclarını yaradıb irəli sürmək üçün hər imkanımız var – davranışımızı, ünsiyyət tərzimizi və özümüzü başqalarına təqdim etmə üsulumuzu tamamən dəyişdirdik. Artıq insanların müzakirə etdiyi və bir hissəsi olmaq istədikləri bir biznes olduq.”

Xatırladmaq istəyiriki ki, MilliKart öz fəaliyyətini kart emalı mərkəzi kimi başlamışdır. Zamanla, Avropa Yenidənqurma və İnkişaf Bankı daxil olmaqla 18 bankdan ibarət sabit səhmdar strukturlu məhdud məsuliyyətli cəmiyyətə çevrilmişdir. “MilliKart” tərəfindən göstərilən əsas xidmətlər ödəniş kartlarının personalizasiyası, kart ödənişləri üzrə prosessinq xidmətlərinin göstərilməsi, kart ödənişlərinin təhlükəsizliyinin təmin edilməsi, kart hesablarının dəstəklənməsi, bankomat, POS-terminal və digər avadanlıqların fəaliyyətinin təmin olunması, PİN-zərflərin çapı, kart ödənişlərinin bankomat, POS-terminal və digər avadanlıqlar vasitəsi ilə qəbulunun təmin olunması, müştərilərə 7 gün 24 saat ərzində “Call Center” xidmətinin göstərilməsi və digər xidmətlərdən ibarətdir. Bu fəaliyyətlərlə yanaşı MilliKart IT üzrə məsləhət xidmətləri, tədris proqramları, layihələrin idarə olunması, proqram təminatının hazırlanması və iteqrasiyası kimi sahələrdə aktivlik göstərir.

 

MilliKart 2012-ci ilin dörd rübü üzrə nailiyyətlərini və fəaliyyət göstəricilərini elan etdi

MilliKart 2012-ci il ərzində uğurla həyata keçirdiyi layihələr və fəaliyyət göstəricilərini açıqlamışdır. Geridə qoyduğumuz il çox məhsuldar olmuş və şirkət bir neçə layihəni     böyük müvəffəqiyyətlə başa vurmuşdur. Qeyd etmək istədiyimiz əsas layihələrdən “Instant issuance” – kartların dərhal verilməsi və “Bonus & Taksit” – hissə-hissə ödəmə və bonus qazanma imkanı verən layihələrdir. Ötən il ərzində aparılan əməliyyatların ümumi sayı 4 milyona yaxınlaşmışdır, əməliyyatların həcmi isə 650 milyon manata qədər yüksəlmişdir. MilliKart şəbəkəsindəki kartların sayı 236000, POS-terminalların sayı 6750, ATM-lərin sayı isə 333 təşkil edir. Partnyor-bankların sayı artmış və hal hazırda 12-yə çatmışdır.

Vurğulamaq istəyirik ki, MilliKart güclü proqram və aparat təchizatı ilə qabaqcıl texnologiyaya malik olan  regiondakı ən sürətlə inkişaf edən şirkətlərdən biridir.  Şirkət informasiya texnologiyalarının demək olar ki, bütün sahələrində iştirak edir. Kart və əlaqədar texnologiyalarda peşəkar olaraq, MilliKart həmçinin texnoloji həllərin və məsləhət xidmətlərinin təchizatı ilə də məşğuldur.

 

 

"MilliKart" şirkətinin Təsisçilərinin Ümumi Yığıncağının növbəti iclası keçirilmişdir

25 dekabr 2012-ci il tarixində "MilliKart"ın Təsisçilərinin Ümumi Yığıncağının növbəti iclası keçirilmişdir. İclasın gündəliyində duran əsas məsələlər Cəmiyyətin illik hesabatlarının, mühasibat balanslarının, mənfəət və zərər hesabatlarının təsdiq edilməsi və Cəmiyyətin Direktorlar Şurasının yeni sədrinin təyin edilməsindən ibarət idi.

İclasda Cəmiyyətin müvafiq dövr üzrə hesabatları təsdiqlənmiş və “UniBank KB” ASC-nin İdarə Heyəti sədrinin müavini Xalid Əhədov növbəti bir il müddətinə “MilliKart”ın Direktorlar Şurasının sədri təyin edilmişdir. Həmçinin, Direktorlar Şurasında təmsil olunan bir neçə bankın nümayəndələrinin yeniləri ilə əvəz olunmasına dair müvafiq qərar qəbul edilmişdir. Qeyd etmək istərdik ki, Direktorlar Şurasının tərkibi “AtaBank” ASC, Avropa Yenidənqurma və İnkişaf Bankı, “Azərbaycan Sənaye Bankı” ASC, “Bank of Baku” ASC, “Bank Respublika” ASC, “Dəmirbank” ASC və “Unibank KB” ASC-nin nüməyəndələrindən ibarətdir.

Xalid Əhədov, Direktorlar Şurasının sədri təyin olunması ilə bağlı öz təşəkkürünü bildirərək, “MilliKart”ın ölkəmizdəki qabaqcıl texnologiyalara malik olan və ən sürətlə böyüyən təşkilatlar arasında olduğunu qeyd etmişdir. O, “MilliKart”ın müvafiq sahədə öz yerini qoruyub saxlaması və gələcəkdə onun regionda lider şirkətlərdən birinə çevrilməsi üçün əlindən gələni əsirgəməyəcəyini bildirmişdir.

Xatırlatmaq istərdik ki, “MilliKart” 18 bank tərəfindən təsis edilmişdir və hazırda onun nizamnamə kapitalında iştirak edən banklar “AtaBank” ASC, “Dəmirbank” ASC, “Azər-Türk Bank” ASC, “Bank of Baku” ASC, “Zaminbank” ASC, “Turanbank” ASC, “Amrahbank” ASC, “XalqBank” ASC, “KredoBank” ASC, “AccessBank” QSC, “Parabank” ASC, “Rabitəbank” ASC, “Bank Respublika” ASC, “Bank Standard KB” QSC, “Texnikabank” ASC, “UniBank KB” ASC, “ASB” ASC, Avropa Yenidənqurma və İnkişaf Bankıdır.

 




2009. Bütün hüquqlar qorunur. MilliKart.
Call center: +99412 4312202,    e-mail: info@millikart.az visa master