28Nov
"MilliKart" MMC-nin ümumi yığıncağının növbəti iclası keçiriləcəkdir
Uncategorized Leave a comment

meeting 16 dekabr 2016-cı il tarixində “MilliKart” MMC-nin ümumi yığıncağının növbəti iclası keçiriləcək. Ümumi yığıncağın gündəliyinə daxil edilmiş məsələlər üzrə materiallar rəsmi olaraq İştirakçılara göndərilmişdir. İclas “MilliKart” MMC-nin yerləşdiyi ünvanda keçiriləcəkdir.

Ardını oxu
1Nov
“MilliKart Group” Bank Olmayan Kredit Təşkilatı olan “TBC Kredit” üçün yeni kerditvermə kanalını təqdim etdi
Uncategorized Leave a comment

tbc “MilliKart Group” “TBC Kredit” ilə yeni ödəniş kartı layihəsinə başlamışdır və həmin layihəni uğurla başa çatdırmışdır. Layihə MilliKart, AzərPoçt və “TBC Kredit”in üçtərəfli əməkdaşlığı nəticəsində “TBC Kredit” müştərilərinə ilk dəfə olaraq plastik kartlar təklif edir. Belə ki, “TBC Kredit” təşkilatının müştəriləri müxtəlif nominallarda ödəniş kartları əldə edir. Ödəniş kartları MilliKartda xidmət olunan bütün bankların bankomat və POS-terminal şəbəkəsində qəbul olunur:

  • Unibank, Dəmirbank, Expressbank, Accessbank, Azərbaycan Sənaye Bankı (ASB), Bank of Baku, Naxçıvanbank, AzərPoçt, PaşaBank.

“TBC Kredit”in müştəriləri yuxarıda qeyd olunan bankların bankomat və POS-terminallarında nağd vəsaitin əldə edilməsi, həmçinin bankların POS-terminallarında nağdsız (iş, mal və xidmətlərin ödənilməsi) əməliyyatların aparılması imkanı əldə edir. Ödəniş kartlarının emissiyası MilliKartda xidmət olunan AzərPoçt MMC tərəfindən həyata keçirilir.

Qeyd etmək istəyirik ki, “TBC Kredit” 1999-cu ildən etibarən Azərbaycan bazarında uğurla fəaliyyət göstərən bank olmayan kredit təşkilatıdır. Təşkilat müxtəlif növ kreditlərin verilməsi sahəsində böyük təcrübəyə malikdir.

Azərbaycanın Milli Operatoru “Azərpoçt” MMC hazırda ölkənin bütün ərazisində ən geniş xidmət şəbəkəsinə malik olmaqla, əhalinin bütün təbəqələrinə və eləcə də hüquqi şəxlərə münasib qiymətlərlə ənənəvi qeyri-ənənəvi poçt xidmətlərinin və poçt-maliyyə xidmətlərinin göstərilməsini həyata keçirir.

Ardını oxu
10Jun
“MilliKart Group” Bank Olmayan Kredit Təşkilatı olan “FINCA Azerbaijan” üçün yeni kerditvermə kanalını təqdim etdi
Uncategorized Leave a comment

finca“MilliKart Group” “FINCA Azerbaijan” ilə yeni “FINCARD” ödəniş kartı layihəsinə başlamışdır və həmin layihəni uğurla başa çatdırmışdır. Layihə MilliKart, AzərPoçt və “FINCA Azerbaijan”ın üçtərəfli əməkdaşlığı nəticəsində “FINCA Azerbaijan” müştərilərinə ilk dəfə olaraq plastik kartlar təklif edir. Belə ki,  “FINCA Azerbaijan” təşkilatının müştəriləri müxtəlif nominallarda ödəniş kartları əldə edir. “FINCARD”  ödəniş kartları MilliKartda xidmət olunan bütün bankların bankomat və POS-terminal şəbəkəsində qəbul olunur:

  • Unibank, Dəmirbank, Expressbank, Accessbank, Azərbaycan Sənaye Bankı (ASB), Bank of Baku, Naxçıvanbank, AzərPoçt, PaşaBank.

“FINCA Azerbaijan”ın müştəriləri yuxarıda qeyd olunan bankların bankomat və POS-terminallarında nağd vəsaitin əldə edilməsi, həmçinin bankların POS-terminallarında nağdsız (iş, mal və xidmətlərin ödənilməsi) əməliyyatların aparılması imkanı əldə edir. “FINCARD” ödəniş kartlarının emissiyası MilliKartda xidmət olunan AzərPoçt MMC tərəfindən həyata keçirilir.

Qeyd etmək istəyirik ki, “FINCA Azerbaijan”ın missiyası insanları öz vəsaitlərini artırmağa, iş yerlərini yaratmağa və həyat standartlarını yüksəltməyə köməklik edəcək davamlı həll yolları ilə təmin edərək yoxsulluğu azaltmaqdır.

Azərbaycanın Milli Operatoru “Azərpoçt” MMC hazırda ölkənin bütün ərazisində ən geniş xidmət şəbəkəsinə malik olmaqla, əhalinin bütün təbəqələrinə və eləcə də hüquqi şəxlərə münasib qiymətlərlə ənənəvi qeyri-ənənəvi poçt xidmətlərinin və poçt-maliyyə xidmətlərinin göstərilməsini həyata keçirir.

Ardını oxu
11Apr
“MilliKart” şirkətinin yeni İcraçı Direktoru Elnur Məmmədov təyin olundu
Press ReleaseLeave a comment

CEO“MilliKart” şirkətinin səhmdarlarının iclasında əvvələr şirkətin Strateji İnkişaf və Marketinq departamentinin direktoru vəzifəsində çalışan Elnur Məmmədov yeni İcraçı Direktor vəzifəsinə təyin edilmişdir. Elnur Məmmədovun İcraçı Direktor vəzifəsinə təyinatının əmri 08 aprel tarixində imzalanıb.

Elnur Məmmədov “MilliKart”-da şirkətin yaranmasından etibarən çalışır və ödəniş sistemlərində peşəkar və savadlı mütəxəssis kimi tanınır. Səhmdarların idarə heyəti qərar verdi ki, Elnur Məmmədov şirkətin inkişaf xəttini efektiv və kompetent tərzdə sürdürəcək.

“MilliKart” regiondakı güclü proqram-aparat təchizatına malik olan sürətlə inkişaf edən şirkətlərdən biridir. Əsas ana brend olan MilliKart Group üç vacib istiqamətdə cəmləşib – M+assist, M+money və M+thinking. “MilliKart” tərəfindən göstərilən əsas xidmətlər ödəniş kartlarının personalizasiyası, kart ödənişləri üzrə prosessinq xidmətlərinin göstərilməsi, kart ödənişlərinin təhlükəsizliyinin təmin edilməsi, kart hesablarının dəstəklənməsi, bankomat, POS-terminal və digər avadanlıqların fəaliyyətinin təmin olunması, PİN-zərflərin çapı, kart ödənişlərinin bankomat, POS-terminal və digər avadanlıqlar vasitəsi ilə qəbulunun təmin olunması, müştərilərə 7 gün 24 saat ərzində “Call Center” xidmətinin göstərilməsi və digər çoxsaylı xidmətlərdən ibarətdir.

Qeyd etmək istəyirik ki, “MilliKart” şirkətinin keçmiş İcraçı Direktoru Calal Orucov “Unibank KB” ASC-nin texnologiyalar üzrə direktoru təyin olunmuşdur və bankın icraedici komitəsinə daxildir.

Ardını oxu
14Oct
“MilliKart Group” ölkəmizdəki Bank Olmayan Kredit Təşkilatları sektorunda ilk kart layihəsini uğurla başa çatdırmışdır
Press ReleaseLeave a comment

Ideal kredit“MilliKart Group” Azərbaycandakı BOKT sektorunda ilk və yeni layihəni tətbiq etmiş və uğurla başa çatdırmışdır. Layihə “MilliKart”, “AzərPoçt” və “İdeal Kredit”in üçtərəfli əməkdaşlığı nəticəsində “İdeal Kredit”in müştərilərinə ödəniş kartlarının əldə edilməsini təmin edir. Belə ki, “İdeal Kredit” təşkilatının müştəriləri müvafiq nominallarda ödəniş kartları əldə edir. “İdeal Kredit” tərəfindən müştərilərə verilən ödəniş kartları MilliKartda xidmət olunan bütün bankların bankomat və POS-terminal şəbəkəsində qəbul olunacaq:

  • Unibank, Dəmirbank, Zaminbank, Expressbank, Accessbank, Azər-Türk Bank, Azərbaycan Sənaye Bankı (ASB), Bank of Baku, Naxçıvanbank,
    Kredobank, AzərPoçt, PaşaBank.

BOKT-un müştəriləri yuxarıda qeyd olunan bankların bankomat və POS-terminallarında nağd vəsaitin əldə edilməsi, həmçinin bankların POS-terminallarında nağdsız (iş, mal və xidmətlərin ödənilməsi) əməliyyatların aparılması imkanı əldə edir. “İdeal Kredit” tərəfindən ödəniş kartların emissiyası “MilliKart”da xidmət olunan “AzərPoçt” MMC tərəfindən həyata keçirilmişdir.

Xidmətin üstünlükləri:

  • Kartların müştərilərə anında təqdim olunması;
  • Çevik tarif siyasəti;
  • Nağdsız alış-veriş imkanı.

Qeyd etmək istəyirik ki, “İdeal Kredit” öz fəaliyyətini bir neçə fundamental istiqamətdə davam etdirir. Təşkilat müştəri xidmətlərində texnoloji yeniliklərin təkmilləşdirilməsinə xüsusi diqqət yetirir.

Azərbaycanın Milli Operatoru “Azərpoçt” MMC hazırda ölkənin bütün ərazisində ən geniş xidmət şəbəkəsinə malik olmaqla, əhalinin bütün təbəqələrinə və eləcə də hüquqi şəxlərə münasib qiymətlərlə ənənəvi qeyri-ənənəvi poçt xidmətlərinin və poçt-maliyyə xidmətlərinin göstərilməsini həyata keçirir.

Ardını oxu
19Jun
Bütün kartlarınız bir CİB-də
Press ReleaseLeave a comment

cibMobil cihazların qlobal yayılması son iki onillik ərzində ən əlamətdar texnologiya hekayələrindən biri olmuşdur. Müxtəlif telefonlar, smartfonlar, Sim kartlar və sərfəli xidmətlər mobil cihazların kütləvi istifadəsinə əhəmiyyətli təsirini göstərmişdir və mobil cihazlar artıq müasir həyatın ayrılmaz hissəsinə çevrilmişdir.  Oxucularımıza bir sual vermək istəyirik – Mobil telefon istifadəçiləri telefonları olmadan harasa gedirlər? Təbii ki, hər kəs cavabı bilir – XEYR – mobil telefonumuz hər vaxt yanımızdadır. İnsanlar bəzən cüzdanlarını və ya pencəklərini unuda bilərlər, amma bəhsə girə bilərik ki, əgər onların mobil telefonları varsa, həmin cihaz hər zaman və hər yerdə onlar ilə birlikdədir. Artıq mobil telefonlar sadəcə zənglərin, səs və mətn mesajlarının qəbulu üçün deyil, bundan daha geniş, çoxfunksionallı əməliyyatların aparılması üçün nəzərdə tutulub.

“MilliKart” müasir tendensiyaları nəzərə alaraq bazarda olan ən innovativ mobil bankçılıq həllini təqdim edir. Mobil bankçılıq vasitəsilə istifadəçilər asanlıqla kart vəsaitlərini idarə edəcək və maliyyə durumları haqqında məlumatlı qalacaqlar, banklar isə müştərilərinə təqdim edilən məhsul portfoliosunu genişləndirə biləcəklər.

“MilliKart”ın mobil bankçılıq həlli hərtərəfli maliyyə xidmətlərini təqdim edir. Dolğun mobil bankçılıq xüsusiyyətləri ilə yanaşı, həll müxtəlif ödəniş və köçürmə imkanlarını da verir. Mobil əlavə əsas mobil platformalarını dəstəkləyir və bazarda olan qurğuların 95% əhatə edir. Mobil bankçılıq həlli onlayn bank sistemlərinin tam funksionallığını əhatə edən yeganə xidmətdir.

Ətraflı məlumat www.cib.az. Android əməliyyat sistemi üçün əlavə dərhal https://play.google.com/store/apps/details?id=az.cib linkindən yüklənə bilər. iOS əməliyyat sistemi üçün əlavə 10 iş günü tələb olunacaqdır.

 

Ardını oxu
19Mar
Hesab.az portalında kart məlumatlarının saxlanılması
Press ReleaseLeave a comment

MilliKart-ın peşəkar mütəxəssisləri sayəsində bu gündən etibarən Hesab.AZ portalından çoxsaylı ödəmələrinizi etmək üçün kart məlumatlarınızı yadda saxlaya biləcəksiniz. Hamımız bilirik ki, ödəmə edərkən kart məlumatlarını yazmaq çox vaxt aparır və bəzən kartımız yanımızda olmayanda ödəmələr təxirə salınır. Bu da öz növbəsində istifadəçilərə əhəmiyyətli dərəcədə narahatçılıq yaradır.

Beləliklə, istədiyiniz ödəniş kartlarınızı yadda saxlayaraq daha sonrakı ödəmələrdə heç bir kart məlumatlarını daxil etmədən rahatlıqla ödəmələrinizi həyata keçirə bilərsiniz.

Kart məlumatlarının saxlanılması PCİ DSS təhlükəsizlik standartlarına tam cavab verir və çoxsaylı məntiqi təhlükəsizlik məsələləri nəzərə alınmışdır.

Ardını oxu
17Mar
MİLLİKART (PCI DSS V3.0) PAYMENT CARD INDUSTRY DATA SECURİTY STANDARDS ÜZRƏ SERTİFİKASİYADAN KEÇMİŞDİR
Press ReleaseLeave a comment

pci dss17 mart 2015-ci il tarixində MilliKart növbəti bir il üçün ödəniş kartları sahəsində tətbiq olunan PCI DSS V3.0 təhlükəsizlik standartlarının tələblərinə tam şəkildə cavab verərək sertifikasiyadan keçmişdir.

Audit yoxlamaları ödəniş kartları sahəsində təhlükəsizliyin təmin olunması üzrə ixtisaslaşmış və PCI QSA statuslu olan “DİALOQNAUKA” QSC şirkəti tərəfindən aparılmışdır. “DİALOQNAUKA” şirkəti PCI DSS üzrə sertifikasiyanı VISA, MasterCard, American Express, Discover və JCB ödəniş sistemlərinin tələblərinə uyğun şəkildə həyata keçirir.
PCI DSS V3.0  standartları kart məlumatlarının təhlükəsizliyinin daha yüksək səviyyədə təmin etmək məqsədi ilə tətbiq olunmuşdur.

 

Ardını oxu
04Feb
Birdəfəlik şifrə (OTP) və Mobil Nömrə Daşınması
Press ReleaseLeave a comment

Mobil Nömrə Daşınması və bununla əlaqədar sms-banking istifadəçiləri sms-xəbərdarlıqlarının fasiləsiz almaları üçün nə edəcəkləri haqqında əvvəlki relizlərimizdə ətraflı bəhs etmişdik. Hal-hazırda xidmətimizi təkmilləşdirmişik və artıq kart sahiblərinin mobil operatoru dəyişdiyi zaman kart əməliyyatlarını təsdiq etmələri üçün birdəfəlik şifrə mobil telefon nömrəsinə problemsiz çatdırılacaqdır. Bunun üçün müştəri bir sadə əməliyyat etməlidir – CHANGE OTP [operator] mesajını 8893 qısa nömrəsinə göndərməlidir. Qeyd etmək istəyirik ki, [operator] parametri Azercell, Bakcell, Nar və Narmobile dəyərini bildirir.
Banklar isə Web interfeys vasitəsilə (http://smsbank:7080/mnp/) “Edit” menyusunda SMS Channel dəyişdirməklə müştərilərinin birdəfəlik şifrənin almasını təmin edə bilərlər.

Ardını oxu
19Nov
Azərbaycanda ilk dəfə MilliKart Group UnionPay İnternational ödəmə kartlarının qəbuluna başladı
Press ReleaseLeave a comment

upiMilliKart Group və aparıcı ödəniş sistemlərindən olan UnionPay İnternational tərəfdaşlıq razilaşmasını imzalayıb və həmin sisteminin ödəniş kartlarını qəbul etmək üçün Azərbaycanda ilk layihəyə başlayıb.

Layihə MilliKartda xidmət olunan bankların POS terminal və bankomatları vasitəsilə UnionPay İnternational sisteminin plastik kartlarının qəbulunu (ekvayrinq) nəzərdə tutur. Beləliklə, UnionPay İnternational kart sahibləri bankomatlardan həm nağd vəsaitin çıxarılması, həm də müxtəlif mal və xidmətləri ödəməyə müvəffəq olacaqlar.

MilliKart Group regiondakı güclü proqram-aparat təchizatına malik olan sürətlə inkişaf edən şirkətlərdən biridir. Əsas ana brend olan MilliKart Group üç vacib istiqamətdə cəmləşib – M+assist, M+money və M+thinking.

UnionPay İnternational Çin Xalq Respublikasının  Dövlət Şurası və Milli Bankı tərəfindən 2002-ci ildə yaradılmış Çin milli ödəniş sistemidir. UnionPay İnternational buraxılmış plastik kartların sayı üzrə dünyada birinci və kartların dövriyyəsi üzrə ikinci mövqeyə sahibdir. Ödəniş sistemi tərəfindən emissiya edilmiş kartların ümumi sayı 3 mlrd-an çoxdur və həmin kartlar dünyanın 141 ölkəsində qəbul olunur.

 

Ardını oxu
20Oct
“Naxçıvanbank” ASC ATM vasitəsilə çoxsaylı ödənişlərin qəbuluna başladı
Press ReleaseLeave a comment

“MilliKart”-da xidmət olunan “Naxçıvanbank” ASC xidmət keyfiyyətinin yüksəldilməsi və müştərilərin rahatlığı sahəsində yeniliklərini davam etdirərək  ATM vasitəsilə çoxsaylı ödənişlərin qəbuluna başladı. Ödənişləri müxtəlif xidmət təchizatçılarına etmək mümkündür:

  1. Naxçıvan Telekom – ödənişləri aşağıdakı şəhərlər və xidmətlər üzrə qəbul edir:

    Şəhərlər:

– Naxçıvan
– Şərur
– Ordubad
– Culfa
– Babək
– Şahbuz
– Kəngərli
– Sədərək
Xidmətlər:
– Telefon üçün abunə haqqı

– Şəhərlərarası qəbzlər üzrə borc

– Carı şəhərlərarası danışıqlar üzrə borc

– Danışıq üçün borc

  1. NMR Dövlət Energetika Agentliyi – ödənişləri abunə kodu ilə qəbul edir.
    3. ‘Naxçıvanqaz’ İstehsalat Birliyi – ödənişləri abunə kodu ilə qəbul edir.
    4. NB internet – ödənişləri 7 AZN, 10 AZN, 15 AZN, 20 AZN, 30 AZN, 50 AZN, 70 AZN məbləğlər ilə qəbul edir.
Ardını oxu
25Sep
MİLLİKART və goSwiff Azərbaycanda və Zaqafqaziya regionunda ilk mobil ödəmə həlli layihəsinə başlamışlar
Press ReleaseLeave a comment

mposRegionda sürətlə inkişaf edən şirkətlərdən və Azərbaycandakı ikinci böyük prosesinq bürosu olan MilliKart, bu gün goSwiff ilə birlikdə M + mobil ödəmə həllini təqdim etmişdir. M+ mobil cihazlar vasitəsi ilə ödəniş kartlarının qəbulu üçün hazırlanmış mobil ödəmə platformasıdır. Mükəmməl identifikasiya texnologiyası sayəsində M+ mobil ödəmələr aləmində təhlükəsizliyi yüksək səviyyədə təmin edir. M+ həllinin universallığı yüksək miqyaslaşdırma ilə fərqlənməyə imkan verir və bu da öz növbəsində həm mikro-ticarət obyektləri olan kiçik biznesin, həm də minlərlə agenti olan böyük biznesin ehtiyaclarına cavab verir.  Ən əhəmiyyətli xüsusiyyətlərdən biri budur ki, M + ödəniş ekosistemin bütün iştirakçılarını vahid mobil həll ilə təmin edir. Banklar üçün bu, ticarət obyektlərini rəqabətə dayanıqlı həllər ilə təmin etmək, iddialı mPOS strategiyalarını həyata keçirmək, mövcud və gələcək ödəniş sahəsinin problemlərini həll etmək üçün qabaqda olmaq imkanıdır. Ticarət obyektləri üçün M + həllinin gücündən tam istifadə edərək satış həcmlərini artırmaq, istehlakçıları geniş müştəri təcrübəsi ilə təmin etmək, onları sədaqətləri üçün mükafatlandırmaq və nahayət istehlakçılar üçün tam təhlükəsizlik təmin olaraq istədiyi məhsulu istədiyi yerdə almaq və müvafiq məhsullara sadiq qaldıqları üçün mükafat almaq imkanıdır.

Ödəmə həllərində mühüm bazar iştirakçılarından olan MilliKart M + həlli vasitəsilə Azərbaycandakı ticarət obyektlərinə və istehlakçılara daha çox ödəmə alternativi gətirəcəkdir. Azərbaycan hökuməti nağd əməliyyatların payını azaldmaqla nağdsız ödənişləri təşviq edir. M + Visa və MasterCard iləkart əməliyyatlarında müştərilərin təhlükəsizlik, rahatlıq və etibarlılıq ehtiyaclarına tam cavab verir.

“M + həllinin üstünlüyü ondan ibarətdir ki, MilliKart öz omni-kanal ödəmə həllini tamamlayacaq və ödənişləri bütün satış kanallarından qəbul edəcəkdir – “online” ödənişlər, mobil ödənişlər və mövcud POS ödənişlər. Bizim üçün rəqiblərimizdən öndə olmaq və nəinki Azərbaycanda, həm də bütün Zaqafqaziya regionunda ilk mobil ödəmə həllinə başlamaq çox həyacanlandırıcıdır”, – MilliKartın İcraçı Direktoru Calal Orucov bildirib.

Smartfon və ya planşet (iOS və Android), kart oxucu və M + əlavəsindən istifadə edərək, kassir kart əməliyyatlarını sürətlə və asanlıqla həyata keçirə bilər. Apps Store və Google Play-dən yüklənən əlavə istənilən mühit, məkan və zamanda əməliyyatların keçirilməsinə imkan verir və ödənişin təsdiqi müştəriyə elektron poçt və ya sms vasitəsilə göndərilir.

Ətraflı məlumat üçün https://www.mpos.az ziyarət edin.

*

goSwiff haqqında

goSwiff öz müştəriləri üçün həm “online”, həm də satış nöqtəsində dəyərlər yaradan innovative mobil ticarət platforması və marketinq xidmətləri təchizatçısıdır.
goSwiff banklara və korporasiyalara yeni müştərilər əldə etmək və mövcud olanlarla daha yaxşı ünsiyyət qurmaq üçün yardım edir, ticarət obyektlərinə əməliyyatların həm keyfiyyətini, həm də kəmiyyətini artırmaq üçün dəstək olur, müştərilərə qazanclı alış-veriş təcrübəsi yaşadır.

 

Ardını oxu