Kart hesablarının dəstəklənməsi:90%
SMS Bankçılıq:75%
POS terminalların dəstəklənməsi:83%
Kartların personalizasiyası:90%
PİN zərflərin çapı:90%
ƏMƏLİYYAT DEPARTMENTİ

Əməliyyat Departamenti bütün əməliyyatlar üzrə hesablaşmaların aparılması, kartların personalizasiyası, kart hesablarının dəstəklənməsini və müxtəlif mübahisəli halların həll olunmasını təmin edir. Departamentin müstəqil bölmələrindən 7 gün 24 saat xidmət göstərən Müştəri Xidmətləri mərkəzini qeyd etmək olar.

STRATEJİ İNKİŞAF VƏ MARKETINQ DEPARTAMENTİ

Srtateji İnkişaf və Marketinq Departamenti şirkətimizin inkişafı ilə əlaqədar planları və strategiyanı həyata keçirir, bankların sertifikasiyadan keçmələri üçün peşəkar dəstək göstərir. Bununla yanaşı departament pərakəndə ticarət sektoru və müştərilər üçün müxtəlif kart məhsullarının işlənib hazırlanması üzərində ciddi çalışmalar aparır.

VAS DEPARTMENTİ

VAS Departamenti əlavə dəyər daşıyan məhsullar toplumuzu əhatə edir. Bura ölkəmizdə ilk dəfə tətbiq olunan “Bonus & Taksit”, “Instant Issuance” funksionalları, “SMS Banking”, “Internet Banking”, “Mobile Banking”, “E-ticarət” kimi xidmətlər daxildir.

IT DEPARTAMENTİ

Informasiya Texnologiyaları Departamenti şirkətimizin “onurğa sütunudur” və bütün fəaliyyətimiz əsasən bu departamentin ətrafında cəmləşib. Məhz bu departamentin işi ilə texnikanın yeni nailiyyətlərinin və proqressiv texnologiyaların tətbiqi bağlıdır. Ayrıca olaraq proqram inteqrasiyası və müxtəlif mobil əlavələrin yazılması ilə məşğul olan Proqramlaşdırma şöbəsini qeyd edə bilərik.

TƏHLÜKƏSİZLİK DEPARTMENTİ

Təhlükəsizlik Departamenti şirkətimizin bütün təhlükəsizlik məsələləri ilə məşğuldur və bunu yüksək dərəcədə təmin etmə bacarığına malikdir. Departamentdə həm fiziki, həm də məntiqi təhlükəsizlik üzrə peşəkarlar çalışırlar. Həmçinin, göstərilən xidmətlər arasında fırıldaqçılığın aşkarı və qarşısının alınması kimi xidmətlər əsas yerlərdən birini tutur.

MÜŞTƏRİ XİDMƏTLƏRİ

Bizim Müştəri Xidmətlərimiz müştərilərimizin tələbatlarını ödəməklə yanaşı onların gözləntilərini qabaqlamaqda efektiv bir alətdir. Şirkətimizin biznes prosesləri ilə inteqrasiyası sayəsində biz müştərilər ilə ünsiyyətin keyfiyyətini daima artırırıq.

YENİ LAYİHƏLƏR

Biz, öz işlərinə bağlı olan və tam məsuliyyətlə çalışan, innovasiya texnologiyalarını tətbiq edən, öz sahələrində ən yaxşı mütəxəssislər olan və gəlirli inkişaf üçün yeni imkanları dəyərləndirən insanlarımıza borcluyuq. Şirkətimizin gələcək inkişafını təşkil edən brend dəyərlərimizi yaratdıq. Bu dəyərlər sayəsində biz, şirkətimiz üçün mühüm bünövrə qura bildik və doğru istiqamətdə cəmləşdik. Bizim missiya və strategiyamız niyyətimiz və inamımızı ümumiləşdirir. Missiyamız hər zaman bacardığımız hər şeyin ən yaxşısını təqdim edəcəyimizə dair vəddir və bizim kim olduğumuzu vurğulayır.

Bizim tariximiz: Biz, öz fəaliyyətimizi kart emalı mərkəzi kimi başlamışdıq. Zamanla, Avropa Yenidənqurma və İnkişaf Bankı daxil olmaqla 18 bankadan ibarət sabit səhmdar strukturlu məhdud məsuliyyətli cəmiyyətə çevrilmişdik.

Korporativ mədəniyyət: Korporativ mədəniyyət bizim üçün şirkətimizin uğur və stabilliyini təmin edən əsas amildir. Bu, bizi birləşdirir, şırkətə olan sədaqətimizi artırır, işimizin məhsuldarlığını yaxşılaşdırır. Biz şirkətimizi əks etdirən və fərqləndirən, bütün üzvləri tərəfindən qəbul edilən ümumi ideya, dəyər və düşüncələr, idarəetmənin norma və metodlarının vahid bir sistemi altında birləşmişik. Şirkətimiz bizim üçün öz xüsusiyyətləri və xasiyyəti olan müstəqil “şəxsiyyətdir.” Bütün komandamız onu çiçəklənən və ayaqlarının üstündə möhkəm duran biri kimi görmək istəyir.

Çalışırıq

Biz əminik ki, hər hansı bir iş avtomobilə bənzəyir – öz gücünə yalnız üzü aşağı hərəkət edəcək. Biz kollektiv idraka inanırıq, amma intellektual şəxsiyyətin dəyəri də bizim üçün dəyişməzdir. Biz iddia edirik ki, vaxtın ən səmərəsiz istifadəsi heç kimsəyə lazım olmayan işin görülməsidir.

Dincəlirik

Biz hesab edirik ki, istirahət və əmək ayrılmazdır, səmərəsiz istirahət isə ən pis işdən daha çox yorucudur. Biz inanırıq ki, güc həm ağılda, həm də əzələlərdə olmalıdır. Buna görə də mənalı istirahət və idmana əhəmiyyət veririk.

AtaBank
1993-cü ildən uğurla fəaliyyət göstərən AtaBank Azərbaycanın ən böyük kommersiya banklarından biridir. AtaBank yüksək texnologiyalı universal bank hesab olunur və öz korporativ və fərdi müştərilərinə tam xidmətlər kompleksi təqdim edir. O, ölkənin ən etibarlı maliyyə strukturlarındandır.
 
Azer-Turk Bank
25 may 1995-ci il tarixində “Azər Türk Bank“ Açıq Səhmdar Cəmiyyəti təsis edilib. 29 dekabr 2014-cü ildə Bankın səhmdarlarının tərkibi bu şəkildə müəyyənləşib: Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi (75.00%), Türkiyə Respublikası Ziraat Bank (12,37 %), AzRe Təkrarsığorta ASC (6.55%), “Qala Həyat” Sığorta Şirkəti ASC (5.00%), Ziraat Bank İnternational (1.08%).

Amrahbank
Azərbaycan Respublikası Mərkəzi Bankının 1993-cü il 28 dekabr tarixli 171 saylı lisenziyası ilə fəaliyyətə başlamış Amrahbank Azərbaycanın aparıcı və ən sürətlə inkişaf edən banklarından biridir. Amrahbank fəal tərzdə müfəssəl inkişaf strategiyasının həyata keçirilməsi işini aparır və bu işin tərkib hissələrindən biri Azərbaycanın bir çox bölgələrində filial şəbəkəsinin yaradılması və genişləndirilməsindən ibarətdir. Hazırda  filialların sayına görə Amrahbank Azərbaycan bankları arasında on birinci yeri tutur. Bankın 24 filial və şöbəsi var və bunlardan 15-i paytaxt Bakı şəhərində yerləşmişdir. Bankın 70000-dən müştərisinə 700 peşəkar və bacarıqlı əməkdaşı xidmət göstərir.

Accessbank
Azərbaycan Mikromaliyyələşdirmə Bankı (AMMB) QSC 29 oktyabr 2002-ci ildə Bakıda fəaliyyət göstərməyə başlayıb. 8 sentyabr 2008-ci il tarixindən Bank adını dəyişdirərək öz fəaliyyətini «AccessBank» olaraq davam etdirməyə başlayıb. Bank qısa müddət ərzində sürətlə inkişaf edib və nəticədə böyük nailiyyətlər əldə edib.
Bank “Capital İnvestment Bank” (Cİ Bank) kimi təsis olunmuş və fəaliyyətə başlamışdır. 1996-cı ildə “Azərbaycan Sənaye Sığorta” ASC-ni 100% payla təsis etmişdir. TSE-İSO-EN 9000 şərtlərinə uyğun keyfiyyət nişanı almışdır ki, bu da bankın iş sisteminin beynəlxalq keyfiyyət sistemi olan İSO standartlarına uyğun olduğunu göstərən ən etibarlı və mühüm göstəricidir. 2004-cü ildə “Azərbaycan Sənaye Liniq” MMC-ni 100,0% payla təsis etmişdir. 2005-ci ilə “Capital İnvestment Bank” (Cİ Bank) adını dəyişərək “Azərbaycan Sənaye Bankı” ASC adı ilə fəaliyyətini davam etdirmişdir. Milli kart MMC-nin təsis edilməsində 10,0% payla iştirak etmişdir. Bankın baş ofislə bir yerdə 10 filialı fəaliyyət göstərir.

Bank of Baku
“Bank of Baku” Açıq Səhmdar Cəmiyyəti 1994-cü ildə yarandığı andan bu günə kimi öz fəaliyyətinin bir neçə fundamental istiqamətinə sadiq qalır. Bank pərakəndə biznes, kiçik və orta sahibkarlıq, böyük korporativ biznesi dəstəkləyir və müştəri xidmətləri keyfiyyətinin artırılmasına davamlı səy göstərir. Pərakəndə sektor “Bank of Baku”-nun fəaliyyətnin əsas sahəsidir. Ölkədə istehlak kreditlərinin artım dinamikası bankın inkişafı üçün bir stimuldur.
Bankın şüarı olan “Sizə yaxın bankçılıq”, “Bank of Baku”-nun – müştərilər və onların gündəlik qayğılarına mümkün qədər yaxın olmaq- fəlsəfəsini özündə cəm edir. Bank özünün bütün fəaliyyəti boyunca Azərbaycanda pərakəndə biznesin formalaşmasına və inkişafına öz töhfəsini verir.
 
Bank Respublika

Bank Respublika 22 may 1992-ci il tarixdə Azərbaycan Respublikası Milli Bankının lisenziyası əsasında fəaliyyətə başlamışdır və bu illər ərzində Azərbaycanın aparıcı banklarından birinə çevrilmişdir.
Bankın səhmdarları sırasında Almaniyanın 2 nəhəng maliyyə təşkilatı təmsil olunur – KfW bank qrupunun üzvü DEG İnvestisiya Şirkəti və Sparkassen-Finanzgruppe maliyyə qrupunun üzvü Sparkassen International Development Trust. Bu 2 maliyyə təşkilatı 28 aprel 2005-ci il tarixdən etibarən Bankın səhmdar kapitalının “25% + 1 səhm” paketinə sahibdirlər. (AZ100200288P Nominal dəyəri: 2.45 AZN yerləşdirilmiş səhmlərin sayı: 15,290,198)

 
Bank Standard
Bank Standard Azərbaycan Respublikasının ən iri, korporativ və pərakəndə biznesi üzrə mütərəqqi struktura malik kommersiya banklarından biridir. Mövqeyinin dəstəklənməsi və möhkəmləndirilməsi, habelə həm yerli bazarda, həm də beynəlxalq maliyyə bazarlarında sabit maliyyə təsisatı nüfuzunun qorunub saxlanılması bankın əsas missiyasıdır.

Bank Technique
Demirbank
DəmirBank 26 illik tarixə və zəngin təcrübəyə malik olmaqla Azərbaycanın aparıcı banklarından biridir. Bank ölkənin ilk bankları sırasında 6 oktyabr 1989-cu ildə yaranmış, Azərdəmiryolbank adı ilə fəaliyyət göstərmiş və bir çox nailiyyətlər qazanmışdır. Bank 16 oktyabr 2009-cu il tarixindən etibarən fəaliyyətini DəmirBank adı ilə həyata keçirir.
Bankın səhmdarları sırasına 2005-ci ildən “25% + 1 səhm” paketi ilə Avropa Yenidənqurma və İnkişaf Bankı (EBRD) və 2007-ci ildən 10% səhm paketi ilə Hollandiya İnkişaf Maliyyə Şirkəti (FMO) daxildir. Bu beynəlxalq maliyyə təşkilatları “35% + 1 səhm” paketi ilə Bankın Müşahidə Şurasında təmsil olunur və strateji qərarların qəbulunda iştirak edirlər. Beynəlxalq səhmdarların mövcudluğu Banka etibarı əks etdirmiş və onun inkişafı üçün yeni imkanlar yaratmışdır.
 
KredoBank
Parabank
Rabitabank
 
Turanbank

“Turan” KB Azərbaycan Milli Bankının 12.06.1992-ci il tarixli 60 nömrəli lisenziya əsasında yaradılmışdır və 30.12.1992-ci il tarixli 115 nömrəli lisenziya əsasında milli və xarici valyutada hər cür əməliyyatları aparmağa icazə verilmişdir.

 
Unibank
 
Xalqbank
Bank Azərbaycan Respublikası Milli Bankında qeydiyyatdan keçərək (27 dekabr 2004-cü il tarixli 246 saylı lisenziya) bank fəaliyyətinə başlamışdır. Hal hazırda Xalq Bank nizamnamə kapitalını 211,6 mln manata çatdırıb.
 
Zaminbank
 Picture2

Urbis Holding Incorporated

1997-ci ildən etibarən ictimai əlaqələrin idarə edilməsi və kommunkiasiya xidmətləri, marketinq və brendinq menecmenti, tədbirlərin təşkili və keçirilməsi, mətbuatla əlaqələr, hər növ reklam xidmətlərinin təmin edilməsi, vebsaytların və sosial şəbəkələrdəki səhifələrin, sosial media üzrə strategiyaların, onlayn proqramların tərtib olunması, idarə edilməsi, yoxlanılması və analizi sahələrində fəaliyyət göstərən özəl şirkətdir.

firm-12717-thumb

Debut Bank