15 dekabr 2017-ci il tarixində "MilliKart" MMC-nin Ümumi Yığıncağının növbəti iclası keçirilmişdir. İclasın gündəliyində duran əsas məsələlər Cəmiyyətin 2016-cı ilin maliyyə hesabatlarının, mühasibat balanslarının, mənfəət və zərər hesabatlarının təsdiq edilməsi, Direktorlar Şurasının üzvlərinin seçilməsi, Direktorlar Şurasının sədrinin təyin edilməsi, Cəmiyyətin 2017-ci ilin maliyyə hesabatlarının düzgünlüyünü yoxlamaq məqsədilə kənar auditorun təyin edilməsi və sair məsələlərdən ibarət olmuşdur.

İclasda Cəmiyyətin müvafiq dövr üzrə maliyyə hesabatları təsdiqlənmiş, Direktorlar Şurasının üzvləri seçilmiş, “Urbis Holding İnc.” şirkətinin nümayəndəsi Söhrab Fərhadov isə növbəti 3 (üç) il müddətinə Cəmiyyətin Direktorlar Şurasının sədri təyin edilmiş, eyni zamanda maliyyə hesabatlarının düzgünlüyünü yoxlamaq məqsədilə kənar auditor təyin edilmişdir.

Xatırlatmaq istərdik ki, “MilliKart” MMC 18 bank tərəfindən təsis edilmişdir və hazırda onun nizamnamə kapitalında iştirak edənlər “AtaBank” ASC, “Dəmirbank” ASC, “Azər-Türk Bank” ASC, “Bank of Baku” ASC, “Zaminbank” ASC, “Turanbank” ASC, “Amrahbank” ASC, “XalqBank” ASC, “KredoBank” ASC, “AccessBank” QSC, “Para BOKT” MMC, “Rabitəbank” ASC, “Bank Respublika” ASC, “Bank Standard KB” QSC, “Texnikabank” ASC, “UniBank KB” ASC, “Urbis Holding İnc.” Şirkətidir.