“MilliKart LLC” “FINCA Azerbaijan” ilə yeni “FINCARD” ödəniş kartı layihəsinə başlamışdır və həmin layihəni uğurla başa çatdırmışdır. Layihə MilliKart, AzərPoçt və “FINCA Azerbaijan”ın üçtərəfli əməkdaşlığı nəticəsində “FINCA Azerbaijan” müştərilərinə ilk dəfə olaraq plastik kartlar təklif edir. Belə ki,  “FINCA Azerbaijan” təşkilatının müştəriləri müxtəlif nominallarda ödəniş kartları əldə edir. “FINCARD”  ödəniş kartları MilliKartda xidmət olunan bütün bankların bankomat və POS-terminal şəbəkəsində qəbul olunur:

  • Unibank, Dəmirbank, Zaminbank, Expressbank, Accessbank, Azər-Türk Bank, Azərbaycan Sənaye Bankı (ASB), Bank of Baku, Naxçıvanbank, Kredobank, AzərPoçt, PaşaBank.

“FINCA Azerbaijan”ın müştəriləri yuxarıda qeyd olunan bankların bankomat və POS-terminallarında nağd vəsaitin əldə edilməsi, həmçinin bankların POS-terminallarında nağdsız (iş, mal və xidmətlərin ödənilməsi) əməliyyatların aparılması imkanı əldə edir. “FINCARD” ödəniş kartlarının emissiyası MilliKartda xidmət olunan AzərPoçt MMC tərəfindən həyata keçirilir.

Qeyd etmək istəyirik ki, “FINCA Azerbaijan”ın missiyası insanları öz vəsaitlərini artırmağa, iş yerlərini yaratmağa və həyat standartlarını yüksəltməyə köməklik edəcək davamlı həll yolları ilə təmin edərək yoxsulluğu azaltmaqdır.

Azərbaycanın Milli Operatoru “Azərpoçt” MMC hazırda ölkənin bütün ərazisində ən geniş xidmət şəbəkəsinə malik olmaqla, əhalinin bütün təbəqələrinə və eləcə də hüquqi şəxlərə münasib qiymətlərlə ənənəvi qeyri-ənənəvi poçt xidmətlərinin və poçt-maliyyə xidmətlərinin göstərilməsini həyata keçirir.